Məşhur həkim: "Vaksin olunmuşlar üçün 2022-ci ildə pandemiya bitmiş olacaq" - VİDEO

Məşhur həkim: "Pandemiya ilə mübarizə strategiyaları fərqlidir və müxtəlif ölkələrdə də bu strategiyaların ayrı-ayrı metodlarından istifadə edilir. Bəzi ölkələr peyvəndləmə strategiyasını seçib, bəzi ölkələr isə kütləvi yoluxma ilə vətəndaşlar arasında immunitet yaratmaq strategiyasını seçiblər".
KONKRET.az xəbər verir ki, bu barədə Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədr müavini, tibb elmləri doktoru Nuran Abdullayev deyib.
Həkim bildirib ki, riyazi hesablamalara görə, ikinci, yəni kütləvi yoluxma ilə immunitet formalaşdırılması strategiyasını seçənlərdə ölüm sayı çox oldu:
"Məhz buna görə, peyvəndlənmə strategiyası daha üstün hesab olunur. Modifikasiya olunmuş peyvəndlərlə də vaksinasiya olunduqdan sonra bu gün demək olmaz ki, bu proses hansı yaş qrupu aralığında şəxslərə şamil ediləcək. Belə ki, "Omikron" ştammının hansı istiqamət üzrə inkişaf edəcəyini biz ilkin elmi araşdırmalar nəticəsində bilə bilirik. Amma ola bilər ki, "Omikron" ştammı sonuncu ştamm olsun və bununla da hər şeyə son qoyulsun. Belə olsa, pandemiya bitəcək və heç modifikasiya olunmuş peyvəndlərə də ehtiyac qalmayacaq.
Amma bütün bunların fonunda heç kim inkar edə bilməz ki, başqa ştammlar da meydana gələ bilər. Ona görə biz bu günlə yaşamalıyıq və növbəti dalğaya səbəb olacaq ştamma qarşı effektiv peyvəndlərlə vaksinasiya olunmaq bizi vəziyyətdən çıxara biləcək".
Effektiv peyvənd alanlar və almağa hazırlaşanlar üçün 2022-ci ildə pandemiya bitmiş olacaq. İnsanların modifikasiya olunmuş peyvəndlərlə ("Omikron" ştammına effektiv təsir etmək üçün dəyişiklik ediləcək mRNT peyvəndləri) mart ayından sonra vaksinasiyaya cəlb olunması virusa qarşı çox güclü və geniş immunitet yarada bilər ki, bu da yay aylarını normal keçirtmək deməkdir.
N.Abdullayevin sözlərinə görə, Azərbaycanda pandemiya ilə bağlı mövcud vəziyyət digər ölkələrlə müqayisədə yaxşıdır:
"Bir çox ölkələr də pandemiya ilə bağlı yarana biləcək hər hansı problem mütləq deyil ki, Azərbaycanda da yaranacaq. Əgər ağır xəstələndirmə qabiliyyəti gözlənildiyi kimi aşağı düşərsə və virus zəifləyərsə, məsafə saxlamaq, maska taxmaq və s. kimi qoruyucu üsullar peyvənd olunmayanlara görə tətbiq ediləcək, amma bu, onların ölümlə təhlükədə olmaqları demək deyil. Mən düşünürəm ki, Azərbaycanda artıq endemik (pandemiyadan fərqli olaraq yoluxmalar məhdud populyasiyada və məhdud regionda baş verir ki, burada da artıq yoluxma sayları azalaraq müəyyən formada stabil qalır) vəziyyətə keçid başlayıb. Sadəcə Azərbaycanda indiki mərhələ üçün önəmli olan strategiya tətbiq edilməlidir. Bir də düşünün endemik vəziyyətə keçiddən sonra müəyyən dalğa müşahidə edilə bilər. Buna "Omikron" səbəb olacaqsa, artıq immunitet qazanmış insanlarımıza "Omikron"a qarşı modifikasiya olunmuş peyvəndlərin tətbiqi insanlarda güclü immunitet yarada bilər. Bu çox önəmli faktordur və o deməkdir ki, Azərbaycanda heç bir ağırlaşmaya səbəb olacaq yoluxmaya rast gəlinməyəcək.
Belə ki, Avropa ölkələrində görülən tədbirlər "Omikron" ştammının səbəb olacağı dalğaya qədər olan məsafənin uzadılması, modifikasiya olunmuş peyvəndlərin hazırlanması, dalğa yaranmamışdan peyvəndlərin tətbiqi endemik vəziyyətə keçid ola bilər. Azərbaycanda isə artıq düşünürəm ki, o vəziyyətə keçilib və bundan sonrakı strategiyanın da doğru tətbiqi ağır halların kəskin şəkildə aşağı düşməsinə səbəb olacaq".

Azxeber.com

Sağlamlıq       Tarix: 03 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri


yeni xeberler azerbaycan xeberleri son xeberler ensonxeberler metbuat xeberleri son xabarlar xəbərlər