Məzahir Pənahov: Noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır.
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
MSK sədri qeyd edib ki, ancaq seçkilərin müddəti önə də çəkilə bilər: "Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır".
"Azərbaycanda keçiriləcək mötəbər tədbir olan COP29-la parlament seçkilərinin vaxtı eyni zaman kəsiyinə təsadüf etdiyi üçün seçkilərin önə çəkilməsi barədə qərar verilə bilər", - M.Pənahov əlavə edib.
Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan COP29-a ev sahibliyi edəcək. Konfrans Bakı Olimpiya Stadionunda baş tutacaq.

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev