"Moderna" meymunçiçəyinin peyvəndini hazırlayır

COVID-19-a qarşı təsirli peyvənd istehsalı ilə tanınan "Moderna" şirkəti meymunçiçəyi xəstəliyinə qarşı vaksinin hazırlanmasına başladığını elan edib.
KONKRET.azxəbər verir ki, şirkət bu barədə tviterdəki səhifəsində məlumat yayıb.
"Biz 2022-ci ilin mart ayında patogenlərə qarşı mübarizə proqramının genişləndirilməsini elan etdiyimizə və meymunçiçəyi xəstəliyi qlobal ictimai sağlamlıq baxımından əhəmiyyət kəsb etdiyinə görə, potensial virusun peyvəndini klinikaöncəsi səviyyədə araşdırırıq", – məlumatda deyilir.
Şirkət peyvəndin hazırlığının hansı mərhələdə olduğunu hələ açıqlamayıb. Lakin bu, ilk məqsədyönlü meymunçiçəyi peyvəndi ola bilər.
Xatırladaq ki, Epidemiyaya Hazırlıq İnnovasiyaları Koalisiyasının (CEPI) icraçı direktoru Riçard Hatçett artıq meymunçiçəyi xəstəliyinə qarşı iki effektiv peyvəndin olduğunu bildirib. Bunlar çiçək xəstəliyindən qoruyan vaksinlərdir. Hər iki patogen eyni qrupa aiddir və bir-birinə kifayət qədər yaxındır.
Meymunçiçəyinin əlamətləri qabarıq səpki, qızdırma, əzələ və baş ağrılarıdır. Bu xəstəlik daha az ölümcül olur.

Sağlamlıq       Tarix: 25 may 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları


yeni xeberler azerbaycan xeberleri son xeberler maraqlı xəbərlər hava durumu xeber saytlari bu gunun xeberleri