Mövsümi qrip, yoxsa koronavirus? - Yeni testlər hazırlanır - VİDEO
İsti yay mövsümünün bitməsi və havaların getdikcə soyuması qripə yoluxma hallarının artmasına gətirib çıxarır. Payızda mövsümi qriplərə yoluxmanın ənənəvi hal olduğunu nəzərə alsaq, koronavirusla adi qrip viruslarını necə fərqləndirmək lazım olduğu bir çoxları üçün maraq doğurur. Hər iki xəstəliyin əlamətlərinin oxşar olmasına baxmayaraq mütəxəssislər koronavirusun mövsümi qripdən fərqinin alt tənəffüs orqanlarına keçib, sətəlcəm yaratdığını deyirlər.
Vasif Əliyev - İnfeksionist: "Bunların əlamətləri çox zaman bənzərdir. Hər ikisi tempraturla, boğaz ağrısı ilə, halsızlıqla, hətta ishalla, əzələ ağrısı, pnevmaniya ilə də nəticələnə bilər. Ancaq koronavirusa xas patomatik əlamətlər var, məsələn, iybilmə və dadbilmənin itməsi. Düzdür, bu, hər xəstədə görülmür, ancaq görüldüyü zaman bizə koronavirusdan şübhələnməyə əsas verir. Qripin bu aydan görünmə ehtimalı çoxalacaq. Bunları yeganə ayırd etməyin yolları burun sürüntüsü, yəni burundan alınan yaxmada PCR üsulu vasitəsilə həm qripin, həm koronavirusun diaqnozunun qoyulmasıdır. Yəni sadəcə, loborator diaqnostika ilə bunların fərqini ayırd edərik, kliniki olaraq çox bənzərdilər".
Bəs görəsən, paytaxt sakinləri necə, klinki olaraq bənzəyən bu iki xəstəliyi bir-birindən ayırd edə bilirmi?
Sakin: "Məncə, koronavirusun hərarəti olur. Amma adi qripdə boğaz ağrıyır, burun axır".
Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, önəmli fərq isə təngənəfəslik və boğulmadır. Bu əlamətlərdən biri və ya hər ikisinin olması qripə deyil, COVID-19 xəstəliyinə xasdır. Bəzi ölkələr pandemiyanın yayıldığı bir vaxtda onu digər xəstəliklərdən fərqləndirmək üçün hərəkətə keçib. Məsələn, Koreya koronavirusla mövsümi qripi eyni anda test edə bilən, dolayısı ilə bir-birinə çox bənzəyən simptomları ayırd edən test kiti hazırlamağa başlayıb. Mütəxəssilərin fikrincə, ölkəmizdə də bu xəstəliklər arasında differensasiya aparılmasına dair bəzi işlərin görülməsinə ehtiyac duyulur.
Adil Qeybulla - Həkim: "Soyuqdəymə ilə koronavirusun differensasiyasında xeyli problemlər gözlənilə bilər. Çünki bu xəstəliklər gedişi ilə birgə bir-birinə yaxındır. Hər ikisi tənəffüs yolları xəstəliyidir. Hər ikisində qızdırma, halsızlıq, əzəzlə-oynaq ağrıları, bel ağrıları kimi ümumi əlamətlər olur. Bu baxımdan bunlar arsında differensasiya eləmək çətinlik törədəcək. Yəqin ki, Dünya Səhiyyə Təşkilatı müəyyən alqoritimlər fikirləşib. Ola bilər müxtəlif testlər hazırlansın bunları differensasiya eləmək üçün. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görməlidir".
Bəli, ölkəmizdə də koronavirusun ikinci dalğasının gözlənildiyi, eyni zamanda qarşıdan mövsümi xəstəliklərin də baş qaldıracağı bir vaxt müəyyən işlərin görülməsi vacibdir. Amma ən vacib məsələ yayılan bütün infeksiya və xəstəliklərdən qorunmağın əsas yolu kimi, birmənalı olaraq gigiyenik qaydalara riayət etmək, maska taxmaq və ara məsafəni gözləməkdir.
Milli.Az
/news.milli.az
f PaylaşTurlar.az [newsid: 0-123300]

"Qadın Dəstək Xətti"nə zənglərin sayı iki dəfə artdı
Azərbaycanda pensiyaçıların sayı niyə azalır? - Rəqəmlər açıqlandı
"Qarabağ"ın zədəli futbolçularının son durumu AÇIQLANDI - FOTO
Dünya mətbuatı İlham Əliyevin tarixi çıxışını dərc edir - FOTOLAR
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib
Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik
Əhmədinecad Mossad-la əməkdaşlıq iddiası ilə həbs edildi
Rusiya bombaladı, 13 yaşlı idmançı öldü
Füzulidə yanğın: əlavə qüvvə cəlb edildi
Nağdsız ödənişlər artsa da, bankomat növbələri niyə bitmir? – Ekspertlərdən açıqlama
KİV: Dubay şirkəti Hörmüz boğazından yan keçmək üçün liman tikəcək
Bəndər-Abbasın şərqində dörd partlayış baş verib
Əhmədinejad MOSSAD rəhbəri ilə görüşüb, indi həbsdədir - KİV
Mobil telefona görə imtahana buraxılmayan gənc itkin düşdü
Kirayəçi hansı hallarda evdən çıxarıla bilər?