Naftalanda daha bir turizm obyekti istifadəyə veriləcək

Naftalanda daha bir turizm obyekti istifadəyə veriləcəkAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin investisiyabiznes mühitinin daha da yaxşılaşdırılması, özəl investisiyaların cəlb edilməsi məqsədilə şəhər və rayonlarda sahibkarlara müvafiq dəstək və köməkliyin göstərilməsi, yeni müəssisələrin açılması və əhalinin maddi rifahının yüksəldilməsi barədə verdiyi tapşırıqlarının icrasını təmin etmək məqsədilə Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq işlər görülmüş və bu işlər hazırda da uğurla davam etdirilir.
Məlumdur ki, Naftalan unikal müalicəvi əhəmiyyətə malik olan "naftalan" nefti ilə məşhurdur. Ona görə də Naftalan sağlamlıq turizmi xidmətləri sahəsində böyük potensiala malikdir. Şəhərdə qeyri-neft sektorunda prioritet sahə əsasən turizm sahəsidir. Ölkə başçısının xüsusi diqqəti sayəsində Naftalanda son illər turizm sektorunun inkişaf etdirilməsi istiqamətində bir çox layihələr həyata keçirilmiş və şəhərin infrastrukturu tamamilə yenilənmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xeyir-duası ilə beynəlxalq səviyyəli yeni otel komplekslərinin açılışı olmuşdur.
Cənab Prezidentin qeyd etdiyi kimi, dünyanın nadir turizm mərkəzlərindən birinə çevrilən Naftalana son illərdə gələn yerli və xarici turistlərin sayında qeydə alınmış artım dinamikası burada yeni turizm-sağlamlıq obyektlərinin tikilməsini zəruri edir. Bu məqsədlə mütəmadi olaraq sahibkarlarla görüşlər keçirilir, investisiyaların qoyulması məqsədəmüvafiq hesab olunan sahələr haqqında geniş məlumatlar verilir. Son illər ərzində sahibkarlar tərəfindən şəhər iqtisadiyyatının turizm sahəsinə böyük həcmdə özəl investisiyalar qoyulub.
Hazırda şəhərdə son tamamlanma işləri aparılan daha bir turizm obyektinin 2022-ci ilin ilk aylarında istifadəyə verilməsi nəzərdə tutulub.
Park Naftalan müalicə kompleksinin 1 hektara yaxın ərazini əhatə edir. Ümumi sahəsi 9000 kvadratmetr, tikintialtı sahəsi 1360 kvadratmetrdir. Hər biri altımərtəbəli iki korpusdan ibarət olan müalicə kompleksi ümumilikdə 88 otaq, 176 yerlikdir. Həmçinin kompleksin zirzəmisində texniki və yardımçı otaqlar, çamaşırxana, müalicə hovuzu, anbar, 1-ci mərtəbədə I mərtəbədə vanna və həkim otaqları, dördüncü mərtəbədə yeməkxana, həmçinin binada oyun otağı, açıq və qapalı restoranlar, bar və terras var.
Park Naftalan müalicə kompleksi fəaliyyətə başladıqdan sonra burada 55 nəfərə yaxın şəhər sakininin işlə təmin olunması nəzərdə tutulub.
Qeyd edək ki, Naftalanda fəaliyyət göstərən turizm obyektlərində gün ərzində 3000-ə yaxın turist qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. Yaxın gələcəkdə şəhərdə tikintisi davam etdirilən turizm obyektləri istifadəyə verildikdən sonra Naftalan gün ərzində, ümumilikdə, 3500-dən artıq turistə otel və müalicə xidmətləri göstərmək imkanına malik olacaq.

Sosial       Tarix: 20 dekabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta cəbhədən yeni xəbərlər sonxeberler son.xeberler