Nar şirəsi immunitet sisteminin fəaliyyətini yaxşılaşdırır, orqanizmi möhkəmləndirir

Nar şirəsi immunitet sisteminin fəaliyyətini yaxşılaşdırır, orqanizmi möhkəmləndirirYetişdiyi məkandan asılı olmayaraq nar cənnət meyvəsi, ağacı həyat ağacı, şirəsi isə sevgi içkisi adlandırılır. Növündən asılı olaraq, nar şirin və turş olur. Meyvəyə turş dad verən onun şirəsindəki limon turşusudur. Onun tərkibi şəkər və limon turşusu ilə yanaşı, vitaminlər, boyayıcı maddələr, makro və mikroelementlərlə zəngindir. Qədim zamanlarda şərqdə nar "meyvələrin şahı" sayılırdı.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, narın ən qiymətli sortu eramızdan əvvəl qədim Yunanıstanın Karfagen vilayətində becərilsə də, onun vətəni İran hesab edilir. Onu elmi təbabətə ilk dəfə hind həkimləri gətiriblər.
Nar şirəsi yüksək vitaminli içki kimi yorğunluq, qanazlığı, bronxial astma, angina, şüalanma, sınqa xəstəliyi zamanı içilir. Bərpaedici vasitə kimi yoluxucu xəstəliklərdən, operativ müdaxilələrdən, mədə-bağırsaq pozuntularından sonra qəbul edilməsi də çox faydalıdır. Nar iştahanı yaxşılaşdırır, sidik turşulu diatezin, başağrılarının, hipertoniyanın müalicəsində istifadə edilir. Sinir sisteminin möhkəmlənməsi və oyanıqlığı azaltmaq üçün meyvənin pərdəli arakəsmələri qurudularaq çay kimi dəmlənilib içilir.
Nar şirəsini su və kök şirəsi ilə uzlaşdıraraq qəbul etmək məsləhət görülür. Ürək-damar sistemi üçün çox faydalı olan bu içki immunitet sisteminin fəaliyyətini yaxşılaşdırır, orqanizmi möhkəmləndirir. Gündəlik nar şirəsi içmək və ya meyvəsini yemək mədə-bağırsaq, həzm sistemi, ürək çatışmazlığı, revmatizm və şəkər xəstəliyi zamanı faydalıdır. Diabetdən əziyyət çəkənlərin isə gülöyşə və mələs kimi turşməzə nar növlərindən istifadə etməsi məsləhət görülür.
Boğaz və ağciyər üçün çox faydalı olan nar öskürəyi kəsmək qabiliyyətinə malikdir. Dırnaq iltihabı və cərrahi yaraların müalicəsində nar tumu balla qarışdırılaraq həmin nahiyəyə tətbiq edilir. Meyvənin suyu bağırsaqları yumşaldır.
Nar şirəsi damarlarda aterosklerozun inkişafını zəiflədir. Meyvənin tərkibi qan dövranını gücləndirən antioksidantlarla çox zəngindir. Prostat vəzi xərçənginin yaranma riskini azaldır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 02 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo


yeni xeberler azerbaycan xeberleri son xeberler hava durumu son xeberler bu gun xeberler bugun 2026 cəbhədən son xeber