Niyə Azərbaycanın "Amazon"u yoxdur?

Niyə Azərbaycanın "Amazon"u yoxdur? Niyə Azərbaycanın "Amazon"u yoxdur?
Bu gün onlayn ticarətə olan maraq getdikcə artır. Pandemiya dövründə onlayn alış-verişin imkanları və əlverişliliyi xüsusilə ön planda idi.
Dünyada e-ticarət dedikdə ağıla ilk gələn platforma "Amazon"dur. Sadəcə ABŞ, İngiltərə və Almaniyada e-ticarətin əhəmiyyətli dərəcədə böyüməsi "Amazon"dakı satışların həcmindən irəli gəlir. Bu ölkələrdə e-ticarətdə dövriyyədə olan hər 10 dollardan 4 dolları "Amazon"un büdcəsinə əlavə edilir.
Azərbaycanın bir "Amazon"a ehtiyacı var?
Hər bir ölkənin öz "Amazon"una ehtiyacı var. Lakin, Azərbaycanda geniş imkanları olan, A-dan Z-yə hər bir məhsulun satışını həyata keçirən onlayn satış platforması mövcud deyil. Təbii ki, bu istiqamətdə addımlar atılır. Lakin, ölkədə daha çox ikinci əl məhsulların satışını vasitəçi kimi həyata keçirən elan portalları var. Məsələn, ikinci əl avtomobil bazarının şansı burada daha yüksəkdir. Lakin, bu kimi portallar sadəcə, müəyyən komissiya əldə edərək arada vasitəçi rolunu oynayır. Onun anbarı yoxdur, çatdırılma xidməti yoxdur, onlar müştəri məmnuniyyətini ölçmür, reytinq vermir, xüsusilə, hər hansısa bir məhsulun PR-nı aparmır, sayta giriş edən şəxs qarşısında heç bir məsuliyyəti yoxdur, məhsulla bağlı heç bir zamənət vermir və s.
Lakin, əgər Azərbaycanda istənilən məhsulun onlayn şəkildə satışını həyata keçirən e-ticarət portalı olsa, istənilən sahədə sahibkarlığın miqyası və məhsuldarlığı artar. İstehsalçı ilə istehlakçı arasında birbaşa əlaqələr qurular. İstənilən halda bir çox əngəl aradan qalxmış olar.
Eyni zamanda sizin bunun üçün mağaza açmağa, reklam verməyə, sayt hazırlamağa ehtiyacınız yoxdur. Bu istənilən sektorda rəqabəti artırar və qiymətlərin müəyyən edilməsində ədalətin daha yaxşı bərqərar olmasına şərait yaradar.
Tutaq ki, siz ucqar rayonda yaşayan bir fermersiniz, tamamilə təbii məhsullarla istehlakçını təmin etmək imkanınız var. Lakin, birbaşa özünüzü istehlakçıya təqdim etmək şansınız yoxdur. Belə olduğu halda məhsullarınızı üçüncü bir tərəf satın alaraq istehlakçıya çatdırır və burada sizin gəliriniz daha aşağı olur. Halbuki, istehlakçıya məhsul dəyərindən daha yüksək məbləğə satılır. Lakin, e-ticarət vasitəsilə birbaşa alıcılar cəlb edə bilərsiniz.
Eləcə də, sizin çox gözəl əl işləriniz var, lakin, hər hansı bir mağazanı icarəyə götürmək üçün kifayət qədər maddi imkanınız yoxdur. Onlayn satış platforması sizə geniş PR imkanları verir. Bütün bu və digər səbəbləri də göstərərək ölkədə hərtərəfli e-ticarət platformasının olması yararlıdır.
Niyə Azərbaycanın "Amazon"u yoxdur?
Azərbaycanda qida məhsullarının istehsalı və satışı üzrə çox geniş potensialı var. Əslində, dünya üzrə qida satışını onlayn həyata keçirən e-ticarət portalları kifayət qədər çoxdur. Lakin, gəlin etiraf edək ki, ölkəmizdə çox az insan gündəlik ərzaq məhsullarını internetdən sifariş vermək istəyər. Bu çox kiçik bir kütləni əhatə edər. Yəni, istehlakçıya o qədər əlverişi təkliflər verilməlidir ki, həmin gündəlik qida vasitələri onlayn satışla həyata keçirilsin. Məsələn, "10 dəqiqəyə ən yaxın marketdən pulsuz çatdırırıq" - başlığı cəlbedicidir.
"Amazon" kimi e-ticarət portalında ilk növbədə tekstil məhsulları daha çox satılır. Azərbaycanda isə tekstil bazarında hələ də boşluq var. Təkcə pandemiya dövründə 9 ayda idxal edilən geyim əşyaları və geyim üçün ləvazimatlar 148,1 milyon ABŞ dollar həcmində olub. 
Eləcə də, texnologiya məhsullarının e-ticarət portallarından satış həcmi yüksək olur. Ölkəmizdə texnologiya məhsullarının istehsalı da geniş deyil. Ən azından ixrac edilən məhsullar arasında əsas yeri tutmur. Texnologiya vasitələrinin böyük həcmi digər ölkələrdən idxal olunur. Digər bir məhsul qrupu oyuncaqlar. Çox müəmmalı görünsə də, oyuncaqlar bu kimi portallarda çox satılır.
Uzun sözün qısası yerli e-ticarət məhsularının A-dan Z-yə satıldığı platformada ölkədə məhsul çeşidinin istehsal həcmi də geniş olmalıdır. 
Onda qayıdaq "Amazon"a...
"Amazon"da özünüzə mağaza yaratmaqla nə əldə edə bilərsiniz? Bunun texniki parametrlərini - necə qeydiyyatdan keçmək olar, necə məhsul yerləşdirmək olar və s. məlumatları İT portallardan əldə edə bilərsiniz. Lakin, burada bir fərq var. Siz kiçik və orta sahibkarlıqla məşğulsunuz ya iri sahibkarlıq müəssisəsinə maliksiniz? Bu cəhətdən sizin izləməli olduğunuz yol fərqli olacaq.
İlk növbədə transfer məsələsini diqqətdə saxlamalısınız. Azərbaycandan çatdırılmanı "Azərpoçt" və ya xüsusi bir yükdaşıma şirkəti ilə edə bilərsiniz. Sənədləşmələr üçün isə sizə e-imza lazım olacaq. Siz e-imza ilə şirkət tərəfindən sizə yönləndirilən sənədləri imzalaya bilərsiniz. 
Təbii ki, bəzi məhsulların onlayn formada satışını həyata keçirmək daha sərfəli və gəlirlidir. Bunu müəyyən etmək üçün ilk növbədə bazarı və bazardakı digər rəqiblərinizin məsullarını araşdırmaq lazımdır.
Məsələn, əgər siz xırda və orta sahibkarlıqla məşğul olursunuzsa eyni kateqoriyada digər ölkələrdən olan sahibkarların məhsullarını hansı qiymətlərdə satışa çıxardığına diqqət edin. Bu məhsulların keyfiyyəti necədir? Müştəri məmnuniyyəti hansı səviyyədədir? Ən əsası: Sizin onlardan fərqiniz nədədir? Pis ya da yaxşı, mütləq bir fərqiniz olmalıdır. Əsas məsələ, siz bu məhsulu hansı qiymətlə satışa qoya bilərsiniz? Məhsulun qiymətini müəyyən edərkən "hamıdan ucuz mən satacam" məntiqi ilə ziyana getməyin. Söhbət təbii ki, keyfiyyətli məhsuldan gedir. Ən azından məhsulunuzun keyfiyyətinə görə düzgün qiyməti müəyyən etməyə çalışın. Bura sizin xərcləriniz, yəni, qablaşdırma, transfer xərci və s. aiddir. Bunları düzgün hesablayaraq həmin gəlirlərlə işinizi necə böyüdəcəyinizi təyin edin. Axı, qurduğunuz işi həm də davam etdirməlisiniz.
Çin yenə təhlükə ərz edir...
Ümumiyyətlə bütün e-ticarət portallarında Çinin satış payı yüksəkdir. Bəli, ən ucuz və hər çeşid məhsulla bütün dünyanı təmin edirlər. Onlarla rəqabət aparmaq çətindir. Amma keyfiyyət məsələsi var. Məhsul keyfiyyəti və şişirdilməmiş qiymətlər burada hər şeyi ifadə edir. Çin ilə rəqabət aparmaq üçün mütləq şəkildə məhsullarınızın üstünlüklərini, keyfiyyət göstəricilərini ön planda tutmalısınız. Çünki, bu bir reallıqdır ki, Çin məhsullarının sərfəli olması, onların keyfiyyətli olması anlamını vermir. 
Xırda sahibkarlıqdan iri sahibkarlığa doğru...
İri ticarət sahiblərinin burada diqqət etməli olduğu məqamlar fərqlidir. Onların "Amazon" kimi bir arenada izləməli olduğu yol fərqlidir. Çünki, burada sizin məhsullarınızın digər iri şirkətlər tərəfindən satın alınmasından söhbət gedir. Yəni, dünyaca məhşur brendlər burada ticarət politikasını tamam fərqli cür aparır. "Amazon" onlar üçün əlavə reklam vasitəsidir. Məhsullarına qlobal miqyasda maraq artırmaları onların həm yerli, həm də dünyada ixrac potensialına təsir edir. 
Yəni, Azərbaycanda qida istehsalı ilə məşğul olan müəssisələrdən tutmuş digər sənaye sektorlarına qədər şirkətlər bu kimi e-ticarət platformalarında mağazaya sahib olmaqla daha çox müştəri və daha çox investor cəlb edə bilərlər. Bu həm məhsulların yerli bazarda satışına, həm də həmin sektorda qlobal şirkətlərin məhsula marağına səbəb ola bilər. 
Bütün bunları nəzərə alaraq hazırda e-ticarətin artan imkanlarından ölkəmizdə də istifadə edilməsi bütün sahibkarlıq subyektlərinə və ölkə iqtisadiyyatına fayda verə bilər.
P.S. Burada, "Amazon" e-ticarətə bir nümunə kimi təqdim edilib. 
Nigar Məmmədova /oxu.az

Sosial       Tarix: 04 noyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş


son xeberler azerbaycan xeberleri yeni xeberler bugun xeberler kriminal son xəbərlər azərbaycanda xeber.az bu gun