Onlar seçkidə rəqib olacaq - Bu dairədə "qırğın" gözlənilir

Onlar seçkidə rəqib olacaq - Bu dairədə Növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı xəbərlərin intensiv xarakter alması iddiaçıların sırasını bir qədər də genişləndirib. Növbəti 5 ildə qanunverici orqanda təmsil olunmaq istəyən tanınmışların çoxu artıq qollarını çırmayıb. Parlament seçkilərinin əvvəllər olduğu kimi, yenə gərgin mübarizə şəraitində keçəcəyinə heç bir şübhə yoxdur. 
KONKRET.az xəbər verir ki, iddiaçıların bir çoxu seçki marafonuna qatılacağını publik şəkildə bəyan edib. Ümid Partiyasının sədri İqbal Ağazadə, REAL lideri İlqar Məmmədov, Müsavat funksioneri Arif Hacılı tərəfdarları ilə birlikdə seçki marafonuna qoşulacaqlarını bildiriblər. "Atlas" Araşdırmaları Mərkəzinin sədri, tanınmış politoloq Elxan Şahinoğlu isə mübarizə aparacağı dairənin adını belə açıqlayıb. O, budəfəki parlament seçkilərində 119 saylı Ağdam kənd seçki dairəsindən mübarizəyə qoşularaq, əməkdar jurnalist "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqova rəqib olacağını deyib. "Yeni Müsavat" Media qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoğlu da növbəti 5 ildə mandata iddialı olduğunu gizlətməyib. O, bir neçə gün əvvəl "Yeni Sabah"a  açıqlamasında "yarımçıq qalmış işim var" deyərək, 2020-ci ildəki mübarizəni qaldığı yerdən davam etdirməyə iddialı olduğunu bildirib.
"Yeni Sabah" u ilin yayında keçirilməsi gözlənilən parlament seçkiləri ilə bağlı maraqlı məlumatlar əldə edib. Məlumatlı şəxs saytımıza bildirib ki, parlamentin gəncləşdirilməsi hazırda siyasi hakimiyyətin qarşısında dayanan prioritet vəzifə sayılır. Son günlər mətbuatda da vurğulandığı kimi, qocaman deputatların əksəriyyətinə, xüsusilə yaşı 70-i ötmüş parlamentarilərə "qırmızı işıq" yandırılacaq. Həmçinin mövcud hakimiyyət üçün arzuolunmaz hesab edilən bir neçə tanınmış siyasi xadimin də "oyundankənar vəziyyət"ə salınması gözlənilir.
Aldığımız məlumata görə, budəfəki parlament seçkilərində ən gərgin və maraqlı mübarizə 35 saylı Xətai 3-cü seçki dairəsində gözlənilir. Qeyd edək ki, 2020-ci ilin fevralında keçirilən bu dairədə əsas mübarizə "Yeni Müsavat" Media Qrupunun rəhbəri,Əməkdar jurnalist Rauf Arifoğlu və Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə arasında getmişdi. Rauf Arifoğlu rəqibini üstələyərək qalib gəlməyi bacarsa da, İqbal Ağazadənin şikayəti əsasında, sonradan MSK dairənin nəticələrini ləğv etmişdi.
Məlumatlara görə, 35 saylı Xətai 3-cü seçki dairəsində yarışma bu dəfə də gərgin mübarizə şəraitində keçəcək. Çünki Rauf Arifoğlu geri çəkilməyəcəyini dəfələrlə bəyan edib. İqbal Ağazadə isə özünü həmin dairənin favoriti hesab etdiyi üçün, yenə Xətai seçicilərinə üz tutmaqda qərarlıdı.
"Yeni Sabah" bu dairə ilə bağlı ilginc məlumatlar əldə edib. REAL-ın aparıcı funksionerlərindən biri saytımıza İlqar Məmmədovun da həmin dairədən mübarizəyə qoşulacağını bildirib. Onun sözlərinə görə, Binəqədinin ona uğur gətirmədiyini düşünən baş REAL-çı bu dəfə Xətai zəhmətkeşlərindən dəstək istəyəcək. Partiyadaşı inanılması çətin olan məlumatlar açıqlayıb. Onun sözlərinə görə, İlqar Məmmədovun mandat qazanacağına ümidi çox azdır. REAL sədri hesab edir ki, prinsipial mövqeyinə görə hakimiyyət onu parlamentdə görmək istəmir. Buna görə də qalmaqallı yol seçərək, həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətini öz üzərinə cəlb etmək istəyir.
"İlqar bəy düşünür ki, onun da namizəd olması ilə 35 saylı Xətai 3-cü seçki dairəsində əsl xaos yaranacaq. 2020-ci ildə olduğu kimi, bu dəfə də həmin dairədə qalib Rauf Arifoğlu olacaq. Bizdə Rauf Arifoğlunun ötən 4 ildə həmin dairənin ərazisində yaşayan əhalinin problemlərini daim diqqətdə saxladığına dair məlumatlar var. Buna görə də İlqar bəy həmin dairədən mübarizəyə qoşularaq özünün hakimiyyət tərəfindən qəbul edilməyən "barışmaz müxalifətçi" obrazını yaratmaq istəyir. Qısacası, İlqar Məmmədov seçilmək yox, seçilməmək üçün həmin dairədən mübarizəyə qoşulmağa qərar verib", – deyə REAL funksioneri bildirib.
İddialıların bioqrafiyası həmin dairədə "qırğın" olacağını indidən söyləməyə əsas verir.

Siyasi       Tarix: 12 may 2024
f Paylaş

Oxşar xəbərlər

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az 2026 krimnal xeber cəbhədən xəbər xeber.az