Orbelyan: "Azərbaycan Zəngəzur dəhlizini və Göyçəni də ələ keçirəcək"
" class="imgbcode" />"Hazırda Tavuşa paralel Ermənistan-Gürcüstan sərhədlərinin müəyyənləşdirilməsi prosesi də gedir. Lakin bu xəbərlərə o qədər də diqqət yetirilmir. Çünki iki ölkə arasında gərginlik yoxdur. Amma məsələ burasındadır ki, burada da müəyyən sərhəd problemləri var ki, onların da həlli Gürcüstanın xeyrinə olacaq".
KONKRET.azxəbər verir ki, bu sözləri "Concern Dialoq" hüquq bürosunun menecer-partnyoru, beynəlxalq hüquq üzrə mütəxəssis Aram Orbelyan bildirib.
Onun sözlərinə görə, delimitasiya və demarkasiya prosesində beynəlxalq hüquq tətbiq edilmir: "Ermənistanın adından danışıqlar aparan bu adamlar beynəlxalq hüququ tətbiq etməyə çalışmırlar. Əksinə, Ermənistanın əraziləri niyə təhvil verməli olduğunu əsaslandırmaq üçün düşmən dövlətlərin belə istifadə etmədiyi arqumentlər uydurmağa çalışırlar.
Azərbaycan təkid edir ki, 1918-20-ci illərdə qəbul etdiyi sərhədləri və əraziləri bərpa etməlidir, yəni Sünik (Qərbi Zəngəzur), Vayots Dzor, Geqarkunikin yarısı, Sevan (Göyçə) gölü, demək olar ki, Tavuşun bütün ərazisi sərhəd olmalıdır. Yəni Azərbaycana görə Ermənistan Azərbaycanın tərkibində anklav olmalıdır. Azərbaycan Qərbi Azərbaycanın bərpası siyasətini çox aydın şəkildə həyata keçirir.
Bu gün bizim Ermənistan və Azərbaycan arasında 1994 və 2020-ci illərdə imzalanmış iki atəşkəs sənədi var. Hər iki sənəddə deyilir ki, qoşunlar sənəd imzalanan zaman olduğu yerdə qalır. Göstərilən xətt beynəlxalq hüquq baxımından tanınır və sərhədə bərabərdir. Yəni o sərhəddə qoşunların tətbiqi təcavüz kimi qiymətləndirilməlidir.
Bu gün beynəlxalq hüquqi statusa malik təmas xətti var. Proses yanlış istiqamətdə gedir, əvvəlcə saziş imzalanmalı idi ki, o, istər Ermənistanda, istərsə də Azərbaycanda bütün daxili orqanlardan keçməli idi, bundan sonra hər iki tərəfin sərhədçiləri yerləşdirilməli idi. Bu gün o prosesdən bəhs edilmir, bu hakimiyyət sadəcə Ermənistan Respublikasının ərazilərinin verilməsindən danışır.
Qəribə vəziyyətdir. Bir tərəfdən Ermənistanın bu gün beynəlxalq məhkəmədə mübahisəsi var, biz deyirik ki, Azərbaycan irqçi dövlətdir, hüquqşünaslar beynəlxalq məhkəmədə ermənifobiyadan nümunələr verir, digər tərəfdən, Paşinyan bəyan edir ki, biz sevinməliyik ki, Azərbaycan 50 metr uzaqdadır.
Paşinyanın Azərbaycanın hücum etməyəcəyinə, müharibə olmayacağına zəmanət vermədiyini deməsi müzakirəni bağlamaq üçün hiyləgər ritorik alətdir. Azərbaycanın Ermənistan ərazisinə dair ambisiyalarını, azərbaycanlıların Ermənistan ərazisinə köçürülməsi, "Zəngəzur dəhlizi" adlanan yerin tamamilə Azərbaycana keçməsi reallaşır.
Ermənistanın ərazilərinin təhvil verilməsi prosesinin qarşısını almaq üçün mayın əvvəlinə kimi parlamentdə etimadsızlıq prosesi çox sürətlə başlamalı, bütün siyasi qüvvələrlə məsləhətləşmələrə başlanmalıdır. Biz həbs olunmaqdan qorxmamalıyıq, bu baş verməsə, başqa proses başlayacaq, müvəqqəti hökumət yaradılmalıdır. Geosiyasi mövzu gündəmdən çıxarılmalıdır".
Natiq Səlim,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev
Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA
Nyu Cersi Trampa qarşı: Rus dizelini rədd etdi