Politoloq: "Etiraz aksiyaları təşkil etmək üçün Gürcüstana çoxlu pul gəlir"
"Qeyri-hökumət təşkilatları vasitəsilə Gürcüstana külli miqdarda pul axını davam edir və bunun sayəsində müxalifət xarici agentlər haqqında qanunun qəbuluna qarşı etirazları rahatlıqla təşkil edir".
KONKRET.az xəbər verir ki, bu sözləri Gürcüstan prezidentinin keçmiş aparat rəhbəri, politoloq Petre Mamradze deyib.
Onun sözlərinə görə, Saakaşvilinin tərəfdarları hakimiyyət dəyişikliyi üçün təxribatlar törətmək istəyir.
"Biz görürük ki, bu, kortəbii etiraz deyil. Milli Hərəkat üzvlərinin, Saakaşvilinin tərəfdaşlarının hakimiyyət dəyişikliyi üçün təxribatlar törətmək istədiklərini sezirik. Bu insanlar daim şəkil üçün çalışırlar. Özlərini elə aparırlar ki, onların operatorları polisin onlarla necə davrandığını çəksin", – deyə Mamradze bildirib.
Gürcüstan polisi parlament binası yaxınlığında keçirilən aksiyada 63 nəfəri saxlayıb. Nümayişçilərin dağıdılması zamanı 6 polis əməkdaşı yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları səs-küylü qumbara və qazdan istifadə etməklə etirazçıları dağıtmağa çalışıblar.
Günel Mikayılova,
KONKRET.az

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev