Prezidentin doğum günüdür

Prezidentin doğum günüdürBu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür.
KONKRET.az xəbər verir ki, dövlət başçısının 63 yaşı tamam olur.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakıda anadan olub. 1967-1977-ci illərdə paytaxtda orta təhsilini başa vurub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.
Prezidentin doğum günüdür1994-cü ildən 2003-cü ilin avqust ayınadək Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. İki dəfə, 1995-ci və 2000-ci illərdə Milli Məclisə seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. 1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. Həmin tarixdən indiyədək YAP-ın sədridir.
Prezidentin doğum günüdür2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.
Prezidentin doğum günüdür2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycanın Baş naziri təyin edilib. Baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.
Prezidentin doğum günüdür2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.
Prezidentin doğum günüdür2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73% səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.
2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54% səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2013-cü il oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb.
Prezidentin doğum günüdür2018-ci ilin aprelin 11-də Azərbaycanda növbəti prezident seçkisi keçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyev 86.03 faiz səslə yenidən Azərbaycan Respublikasının prezidenti seçilib. Aprelin 18-də and içən prezident İlham Əliyev səlahiyyətlərinin icrasına başlayıb.
Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf edib, ölkədə yoxsulluq və işsizlik kəskin şəkildə aşağı düşüb, yüzlərlə yeni iş yerləri açılıb. Bu illər ərzində bir sıra böyük layihələrə imza atan Azərbaycan regionun lider dövlətinə çevrilib.
Prezidentin doğum günüdürÖlkə başçısı Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində torpaqlarımızı erməni işğalçılarından azad edib. Ali Baş Komandanın xalqımıza bəxş etdiyi tarixi qələbə nəticəsində 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır.
Prezidentin doğum günüdür2022-ci ilin iyulunda Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması və onun sürətlə icra edilərək Avropaya enerji ixracını artırmağımız ölkəmizə enerji sahəsində "regionun lideri" və "etibarlı tərəfdaş" statuslarını qazanmışdır. Artıq Azərbaycanın nəinki yalnız neft-qaz sektoruna, iqtisadiyyatın digər sahələrinə, eləcə də ekoloji cəhətdən daha təmiz olan yaşıl enerji zonalarına investisiya cəlbediciliyi ən yüksək səviyyəyə çatıb.
Prezidentin doğum günüdür2023-cü ildə Azərbaycan torpaqlarında erməni separatizminə son qoymaqla iyirmi illik uğurlu fəaliyyətini taclandırıb.
Prezidentin doğum günüdürTorpaqlarımız işğaldan azad olunduqdan sonra Onun Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edilib. Proqramın sürətlə, ən yüksək keyfiyyətlə birbaşa Prezidentimizin nəzarəti altında həyata keçirilməsinin nəticəsidir ki, qısa vaxt keçməsinə baxmayaraq artıq Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilmiş, yeni-yeni tunel və yollar, su elektrik stansiyalarının və onlarla digər infrastruktur obyektlərinin açılışı baş tutmuş, məcburi köçkünlərimizin öz doğma torpaqlarına köçürülməsinə başlanılıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə etdiyimiz Qələbə yalnız ölkəmiz üçün deyil, bütün region üçün sülh və davamlı inkişaf imkanı qazandırıb.
Prezident İlham Əliyevin bu ilin oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən etdiyi çıxışından bir hissəni xatırlayaq:
"Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və "Qurani-Kərim"ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi".
Prezidentin doğum günüdürDövlət başçısı bu il də işğaldan azad olunan ərazilərdə həyata keçirilən əksər bərpa və quruculuq işlərinin açılışında şəxsən iştirak edib.
Prezidentin doğum günüdürBu ili yaddaqalan edən növbəti əlamətdar hadisələrdən biri ötən ay Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) öz işinə başlaması olub.
Prezident İlham Əliyev tədbir çərçivəsində keçirilən Liderlər Sammitdə genişməzmunlu çıxış edib.
Dövlət başçısının həmin çıxışından bir hissəni təqdim edirik:
"Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi qələbəni qeyd etdik".//Qafqazinfo
Prezidentin doğum günüdür

Siyasi       Tarix: 24 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Alen Simonyan Moskvadan soruşdu: "Baza mövzusunu kim qaldırıb?"

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib ki, Gümrüdəki Rusiya 102-ci hərbi bazasının mövzusunu İrəvan qaldırmayıb. Ermənistan KİV-inə istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında Simonyan bildiri

Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

Politoloq: "Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir

Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüş zamanı TDT-nin beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat layihələrini

Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycandakı yeni səfiri təyin olunub. Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib. Giorgi Zakaraşvili 2021-ci ildən Gürcüstanın Ukraynadakı səfiri və GUAM-dakı daimi nümayəndəs

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın. xəbər verir ki

Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putin və ya xarici işlər naziri Sergey Lavrovun ona zəng edəcəyi təqdirdə telefon danışığı aparmağ

Prezident Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciətd

Lavrov: "Avropa İttifaqı Ermənistanı aldadacaq"

Rusiya xarici işlər naziri Sergey Lavrov Aİ hakimiyyətinin avrointeqrasiya məsələsində Ermənistanı aldadacağını bildirib. KONKRET.azxəbər verir ki, bu barədə Rusiyanın RT nəşri yazıb. Lavrov Ermənistanın Aİ-yə necə daxi

Hakan Fidanın bugünkü səfərinin rəmzi mənası var

Hakan Fidanın bu səfəri Azərbaycan-Türkiyə qardaşlıq tarixinin başqa önəmli bir günü ilə üst-üstə düşür. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıd


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber az en son xeberler cəbhədən son dəqiqə iqtisadiyyat xeberleri bugun