Qalib Azərbaycanın müzəffər sərkərdəsi

Qalib Azərbaycanın müzəffər sərkərdəsiDekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 63 yaşı tamam olur.
İlham Əliyev Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alıb,1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub, elmi fəaliyyətini institutun aspiranturasında davam etdirərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.
15 oktyabr 2003-cü ildə İlham Əliyev xalq tərəfindən Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2008, 2013, 2018 və 2024-cü illərdə keçirilən prezident seçkilərində də qələbə qazanıb
Azərbaycan xalqı 2003-cü ildə  İlham Əliyevi Prezident seçməklə həm də Heydər Əliyevə, onun siyasi kursuna sadiqliyini nümayiş etdirdi. Prezident kimi fəaliyyətə başlayan İlham Əliyev andiçmə mərasimində Heydər Əliyev siyasətinə sadiq qalacağını bir daha bəyan etdi: "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".
Cənab İlham Əliyev ali vəzifəsinə başladığı ilk gündən bütün gücünü və vaxtını bir nömrəli müqəddəs arzusu olan torpaqlarımızın erməni tapdağından azad edilməsinə sərf etdi, ölkəmizin güclənən iqtisadi potensialını ardıcıl olaraq peşəkar ordu quruculuğuna yönəltdi. Beynəlxalq təşkilatların ədalətsizliyi, riyakarlığı, hətta təzyiq və təxribatları qarşısında əyilməz vüqarı ilə dik durdu. O, təkcə Ermənistanla deyil, onun havadarları ilə siyasi-diplomatik, informasiya cəbhəsində mübarizə aparırdı.
Ulu öndər Heydər Əliyev xalqla ğörüşlərində "Biz Şuşanı da, Laçını da, Kəlbəcəri də və işğalda olan bütün  torpaqlarımızı qaytaracağıq" deyirdi.
Cənab İlham Əliyev bu yolu davam etdirdi. "Biz Qarabağı qaytaracağıq, Qarabağ Azərbaycan torpağıdır" söylədi.
Ulu öndərin "Mən İlham Əliyevə özüm qədər inanıram" deməsi bu gün öz təsdiqini tapıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibə və 2023-cü ilin 19-20 sentyabr tarixində keçirilmiş lokal antiterror əməliyyatları nəticəsində Azərbaycanın bütün ərazilərini erməni işğalçılarından təmizləyib ölkənin ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. 
Müharibə dövründə Prezident İlham Əliyevin xarici KİV-lərə verdiyi 30-a yaxın müsahibə, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaqda mühüm rol oynadı. Bu məqam, həmçinin, Prezidentin informativ və diplomatik sahələrdəki bacarığını ortaya qoydu. 
İndi artıq əminliklə demək olar ki, Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Tezliklə bərpa-quruculuq işləri başa çatacaq, bu torpaqlarımıza qayıdan sakinlərimiz onlara yeni nəfəs verərək ölkəmizin dayanıqlı inkişafına dəstək olacaqlar.  
Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Bu mənada Prezident İlham Əliyevin dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən beynəlxalq təşəbbüsləri qlobal təşkilatların gündəliyinə daxil olunur. Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirilib. 18 noyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib. 
COP29-un ölkəmizdə keçirilməsi Azərbaycan Resdpublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz növbəti qələbə, növbəti uğuru oldu. Azərbaycan dünya miqyasında öz sözünü bir daha dedi, etibarını bir daha təsdiqlədi, qlobal tendensiyalara növbəti töhfəsini verdi. Azərbaycanın təşkilatçılığı ilə COP29-un uğurlu baş tutması və yekunda önəmli nəticələrin əldə olunması dövlətimizin qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Eyni zamanda, Prezident İlham Əliyev
adını türk dünyası tarixinə Qarabağ həsrətinə son qoyan şəxsiyyət kimi yazdırıb. Odur ki, bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrilən Lider kimi sevir, dəstəkləyir. Hər kəs Prezident İlham Əliyevi xilaskar Lider və Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi olaraq qəbul edir.
Nəsir Nəsirli
Abşeron rayon, Fatmayı kənd bələdiyyəsinin sədri / azxeber.com

Siyasi       Tarix: 24 dekabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberlər maraqlı xəbərlər xeberler bu gun valyuta mezennesi 2026