Qar yağandan sonra Bakı havasında nə dəyişdi? - "Risk yaradır..."

Qar yağandan sonra Bakı havasında nə dəyişdi? - Qış mövsümündə havanın temperaturunun aşağı düşməsi və qarın yağması təbiətdə bir sıra dəyişikliklərə səbəb olur. İnsanlar arasında belə bir inanc var ki, qar yağan zaman mikroblar ölür və hava daha təmiz olur. Bu fikrin nə qədər həqiqətə uyğun olduğunu isə elm və tədqiqatlar müəyyən edə bilər.
Bəs, doğrudanmı qar mikrobları məhv edir?
KONKRET.az xəbər verir ki, "Yeni Sabah" el arasında dolaşan bu iddiaları allerqoloq Şahvələd Məmmədovla müzakirə edib. Həkim mövzu haqda bir sıra məqamlara toxunub:
"Təbii ki, el sözündə də bir həqiqət var. Paytaxtımız Bakı günü-gündən inkişaf edir, yeni zavodlar, fabriklər və hündürmərtəbəli binalar inşa olunur. Lakin bu proses şəhərin ekoloji vəziyyətinə mənfi təsir göstərir. Yaşıllıq sahələrinin azalması, sənaye müəssisələrinin fəaliyyəti və intensiv şəhərsalma havanın çirklənməsinə səbəb olan əsas amillərdəndir. Nəticədə müxtəlif mikroorqanizmlər və çirkləndiricilər havada yayılaraq insan sağlamlığı üçün təhlükə yaradır.
Bu baxımdan, yağıntıların olması atmosferin təmizlənməsi üçün son dərəcə vacibdir. Xüsusilə qış aylarında yağan yağış və qar havada toplanan toz, zərərli hissəciklər və mikrobları yuyaraq havanın keyfiyyətini yaxşılaşdırır. Bu da respirator xəstəliklərin yayılmasının qarşısını müəyyən qədər alır".
Ş.Məmmədov onu da bildirib ki, havanın soyuması və rütubətin artması bəzi risklər də yaradır:
"Xüsusilə immun sistemi zəif olan insanlar belə havalarda sağlamlıqlarına daha çox diqqət yetirməlidirlər. Soyuq havalarda uyğun geyim seçimi, balanslı qidalanma və orqanizmi gücləndirən tədbirlər xəstəliklərdən qorunmaq üçün mühüm rol oynayır. Beləliklə, qış mövsümündə yağıntılar ekoloji baxımdan faydalı olsa da, insanların sağlamlığı üçün həm müsbət, həm də mənfi təsirləri nəzərə alınmalıdır".

Sağlamlıq       Tarix: 25 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezennesi banklar bugunun xeberleri bugünki xəbərlər son.xeber