Qarabağın enerji sisteminin necə bərpa ediləcəyi AÇIQLANDI

Qarabağın enerji sisteminin necə bərpa ediləcəyi AÇIQLANDI"İşğaldan öncə Qarabağ bölgəsində 1 milyona yaxın əhalini elektrik enerjisi ilə təmin edən elektroenergetika infrastrukturu mövcud olub ki, işğal dövründə vəhşi düşmən bütün şəhər və kəndləri dağıtdığı kimi, qeyd edilən elektroenergetika infrastrukturunu da tamamilə yerlə-yeksan edib".
KONKRET.az xəbər verir ki, bunu "Azərenerji" ASC-nin prezidenti Balababa Rzayev Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda çıxışı zamanı deyib.
B.Rzayevin sözlərinə görə, artıq rəhbərlik etdiyi qurum azad edilmiş ərazilərdə müəyyən işlər görüb:
"Ötən bir il müddətində "Azərenerji" işğaldan azad olunan bölgələrdə minatəmizləmə əməliyyatlarından dərhal sonra, bəzi yerlərdə isə paralel olaraq fəaliyyətə başlayaraq qısa müddət ərzində 600 MV/A gücündə yeni rəqəmsal yarımstansiyalar tikib, 400 kilometrdən artıq 110 kV-luq elektrik veriliş xətləri çəkərək Şuşa şəhəri başda olmaqda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam rayonlarını elektrik enerjisi ilə təchiz edib.
İşğaldan azad olunan ərazilərdə mənbəyi Azərbaycanda formalaşan bolsulu çaylar mövcuddur ki, bunların üzərində 30-a yaxın kiçik su elektrik stansiyası fəaliyyət göstərib. Düşmən əraziləri tərk edərkən onlar tərəfindən bu stansiyalar dağıdılmış, avadanlıqları daşınmış, yerdə qalan tikililər, özüllər isə yararsız vəziyyətə salınıb".
"Azərenerji"nin rəhbəri qeyd edib ki, ilk öncə bu stansiyaların monitorinqi aparılıb, müvafiq layihələr hazırlanmaqla onların bərpasına başlanılıb:
"Laçın rayonunun Güləbird kəndində yerləşən 8 MVt gücündə kiçik SES ölkə başçısının iştirakı ilə Qarabağda istismara verilən ilk infrastruktur layihəsi oldu. Növbəti mərhələdə döyüş əməliyyatları nəticəsində dağıdılmış ümumi gücü 7,8 MVt olan "Suqovuşan-1", "Suqovuşan-2" KSES-lər yenidən qurularaq Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. Həmçinin, Kəlbəcər rayonunda 4 MVt gücündə daha bir KSES bu günlərdə test rejimində istismar olunur. Ümumilikdə bu stansiyaların gücü 20 MVt-dan artıqdır.
Qeyd olunanlardan əlavə Kəlbəcər rayonunda 11 ədəd, Laçın rayonunda 12 ədəd olmaqla cəmi 130 MVt-a yaxın gücdə kiçik su elektrik stansiyalarının yenidən qurulması üçün layihə-smeta sənədləri hazırlanıb və növbəti ildə bunların bir qisminin yenidənqurulması tərəfimizdən həyata keçiriləcək.
Araz çayı üzərində İran İslam Respublikası ilə ortaq layihə olan "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarının (140+140 MVt) tikintisi layihəsi üzrə "Azərenerji" ASC Azərbaycan hökuməti tərəfindən sifarişçi qismində fəaliyyət göstərir. Hazırda bu istiqamətdə ölkələrarası işçi qrup yaradılıb və layihənin tamamlanması üçün müvafiq işlər icra olunur".
"Azərenerji" prezidenti ölkə enerji sistemi üçün xüsusi əhəmiyyət daşıyan Cəbrayıl Enerji Qovşağı haqqında məlumat verib:
"Bu layihə çərçivəsində Cəbrayıl rayonunda 330 kV-luq yarımstansiyanın tikintisi planlaşdırılır. Layihənin məqsədi "Xudafərin" və "Qız Qalası" SES-lərin enerji sisteminə inteqrasiyası, Qarabağ və Şərqi Zəngəzur enerji sisteminin etibarlılığının artırılması, xüsusilə Cəbrayıldan Zəngəzur dəhlizini keçməklə 300 kilometr məsafədə Naxçıvanın Şaxtaxtı rayonunda 330 kV-luq YS tikintisi, oradan Türkiyə sərhədinə kimi 50 kilometr olmaqla elektrik veriliş xəttinin tikintisi, eləcə də İğdır bölgəsində Türkiyə enerji sistemi ilə əlaqələnməni təklif edirik. Bu layihə hazırda Gürcüstan üzərindən Türkiyə ilə mövcud olan əlaqənin alternativi olmaqla 2,5 dəfə qısa məsafəlidir"./report/

Sosial       Tarix: 22 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta cəbhədən yeni xəbərlər sonxeberler son.xeberler