Ramazandan sonra necə qidalanmaq lazımdır?
Ramazan ayı boyu oruc tutanların orqanizm günün çox hissəsini ac-susuz qalmağa öyrəşir. Birdən-birə müxtəlif qidalar qəbul etmək bir çox orqanlara ağır təsir edir. Bir ay gündə iki dəfə qida qəbul edən orqanizmin normal rejimə qayıtması bir sıra fəsadlara səbəb ola bilər.
KONKRET.az xəbər verir ki, normal qidalanma rejiminə yavaş-yavaş uyğunlaşmaq, bədəni çox yükləməmək lazımdır.
Mütəxəssislər hesab edir ki, orucluq vaxtı qidalanma rejimi dəyişdiyindən bədən yeni rejimə uyğunlaşmaqda çətinlik çəkir. Ona görə də Ramazandan sonra qidalanma saatları dəyişir və buna görə gündə üç dəfə qidalanmaq şərti ilə az-az yemək məsləhət görülür.
Mütəxəssislər ürək-damar xəstəliklərindən, xüsusilə şəkərli diabetdən əziyyət çəkənlərin qidalarına daha çox diqqət göstərməyi tövsiyə edirlər. Gündəlik qida rasionunda çoxlu maye və meyvə-tərəvəzə üstünlük verilməlidir.
Xüsusilə tərkibi liflərlə zəngin olan tərəvəzlərlə qidalanmaq lazımdır. Çünki bu zaman həzm sistemi daha yaxşı bərpa olunur. Təbii ki, həzmi yüngülləşdirmək üçün qida əlavələrindən, məsələn, probiotiklərdən, selen və maqneziumdan istifadə etmək lazımdır.
Mədənin yüklənməməsi üçün balanslı qidalanmaq əsas şərtlərdən biridir. Bundan başqa, yaxşı olar ki, yeməkdən ən azı 1-1,5 saat keçəndən sonra su, çay, şirə və qazlı sular qəbul edilsin.//"Qafqazinfo"
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü