Saçlarımız niyə tökülür? - Çox işləyənlər daha erkən keçəl olur - VİDEO

Saçlarımız niyə tökülür? - Çox işləyənlər daha erkən keçəl olur - VİDEO Saçların tökülməsi ilə bağlı müxtəlif söyləntilər var. Bəziləri bunu irslə əlaqələndirsə də, bəziləri bunu stress və gündəlik həyatda yaşadığı gərginliklə əlaqələndirir.
Milli.Az bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.
İş saatının çoxluğu saç tökülməsinə təsir edirmi?
Sakin: "Kim ki müəyyən yerlərdə işləyir, streslə qarşılaşır, onlarda o hal hiss olunur. Əlbəttə, irsi keçmək məsələsi də var. Elə adam var ki, hər gün stress keçirsə də onun başının tükü tökülmür".
Sakin: "Daraqdan da ola bilər, saçqurudan da ola bilər ki, saçlarım tökülür".
Sakinlər müxtəlif səbəblər göstərirlər. Amma alimlər belə qənaətə gəliblər ki, keçəlliyə çox işləmək səbəb olur. Cənubi Koreyada aparılan araşdırmalar nəticəsində məlum olub ki, həftədə 52 saatdan çox işləyən kişilərin saçı iki dəfə daha tez tökülür. Təcrübə 20-59 yaşlı insanlar üzərində aparılıb.
Yeganə Məmmədova - Nevropatoloq: "Fiziki yorğunluq elə özü 1-ci amildir ki, bədəndə bütün proseslər hamısı pozulur. Yuxudan tutmuş, əzələlərin işləmə qabiliyyəti, kalori itirmək, bütün bunların pozulmağı özü də saç tökülməyə pis təsir edir".
Mahir Məmmədli - Dermatoloq: "Beyin hüceyrələri yükləndikdə bu zaman xroniki yorğunluq və birbaşa olmasa da dolayı yolla dəri xəstəlikləri saç tökülməsinin və dərinin xroniki uzun sürən xəstəliklərinin əmələ gəlməsində böyük rolu vardır".
Xüsusilə gecə növbəsində işləyənlərdə saç tökülmə hallarına daha çox rast gəlinir. Onların yuxu rejimi pozulduğundan stress artır. Kəllənin içindəki gərginlik onun üstünə də təsir edir.
Mahir Məmmədli - Dermatoloq: "Dərinin, başın tüklü hissəsində tüklərin tökülməsinə ocaqlı allopesiya əksər hallarda streslə əlaqədardır".
Yeganə Məmmədova - Nevropataloq: "Tək sinir sistemi pozğunluğundan deyil, başqa səbəblərdən də olur ki, saç tökülür. Şampunlar, sabunlar və əlavə məhsullar da istifadə olunan zaman bəzən saç tökülür, amma ən çox stressdən və endokrinoloji xəstəliklərdən saç töklüməsi baş verir".
Mutəxəssislərin fikrincə, son illər, xüsusən gənc yaşda keçəlləşmənin artmasi həm də ekoloji amillərlə bağlidir. Balansı pozulan təbiət bəzən insandan "qisası"nı bu yolla alır.
Milli.Az

/news.milli.az

Sağlamlıq       Tarix: 31 oktyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu qun son xabarlar cəbhədən görüntülər havanın temperaturu