Şahdağ Turizm Mərkəzi' 2023-cü ili 6,682 milyon manat zərərlə başa vurdu
Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC 2023-cü ili 6,682 milyon manat zərərlə başa vurub.
azxeber.com səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 23,1 % azdır.
Bununla belə, dövlət şirkətinin yığılmış zərəri 6,9 % artaraq 103,859 milyon manata çatıb.
Ötən il "Şahdağ Turizm Mərkəzi"nin birja əməliyyatlarından gəlirləri 15,249 milyon manat (əvvəlki ilə nisbətən 58,7 % çox), qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 11,777 milyon manat (2,5 % az), sair gəlirləri 0,306 milyon manat (2,6 dəfə az), satışının maya dəyəri 18,408 milyon manat (52,8 % çox), inzibati xərcləri 13,283 milyon manat (18,5 % az), maliyyə xərcləri 64 min manat (2,4 dəfə az), gəlirdən çıxılan vergilər üzrə xərcləri isə 2,259 milyon manat (15,1 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Şahdağ Turizm Mərkəzi"nin aktivləri 214,159 milyon manat olub ki, bu da illik müqayisədə 29,1 % azdır. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 3,5 dəfə azalaraq 0,534 milyon manata, balans kapitalı isə 28,9 % azalaraq 213,625 milyon manata düşüb.
Xatırladaq ki, "Şahdağ Turizm Mərkəzi" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 397,507 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.

TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" mükafatına layiq görüldü
İngiltərədə yarış zamanı iki 25 yaşlı idmançı dünyasını dəyişdi
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda "Altynken" qızıl mədəni və affinaj zavodu ilə tanış olub - FOTOLAR
Diplomatik korpus nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatdı
Enerji xərclərinizi "Unibank"la azaldın
Ermənistan Aİİ ilə bağlı qərar verdi
Türkiyəni qarışdıran əməliyyatın detalları - Açıqlandı
"AzerGold" və "Kyrgyzaltyn" şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə etdilər - FOTOLAR
Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var
Dollar zəifləyir, dünya iqtisadiyyatı dəyişir: Azərbaycan risk qarşısında
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
Zelenskidən KRİTİK TƏKLİF: "Rusiya bu addımı atsa..."
İran Hörmüzü bağlı saxlayır - ABŞ həll yolu tapdı: regionun nefti indi hara gedəcək?
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib