Sayğacların sıfırlanmasının yanvarın 10-dək aparılması suallar yaradıb - 'Azəriqaz'dan CAVAB - VİDEO

Sayğacların sıfırlanmasının yanvarın 10-dək aparılması suallar yaradıb - 'Azəriqaz'dan CAVAB - VİDEOSayğacların sıfırlanmasının yanvar ayının 10-dək davam etməsi abonentlərdə suallar yaradıb.
Azxeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, hər il mexaniki sayğac istifadəçisi olan abonentlərin qaz sayğaclarının son göstəriciləri "Azəriqaz" İstehsalat Birliyinin işçiləri tərəfindən növbəti ilin yanvar ayının 10-dək sıfırlanır. Bu isə elə bir mənzərə yaradır ki, yanvar ayının 10-dək olan müddətdə sərf olunan qaz öncəki ilin dekabr ayının sərfiyyatına əlavə olunur və illik limiti keçərsə, onda vətəndaş ödənişi daha baha olan qaz tarifi ilə ödəməlidir.
Məsələ ilə bağlı "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, sayğacların sıfırlanmasının yanvar ayının 10-dək davam etməsi işçi heyətinin bu prosesi fiziki olaraq çatdırmaması ilə bağlıdır.
Eldəniz Vəliyev sayğacların sıfırlanmasının əlavə heç bir ödənişə səbəb olmadığını bildirib. Onun sözlərinə görə, sayğacların illik qaz limiti sıfırlandığı gündən hesablanır. Yəni hər bir abonent bu ilin yanvarın 10-dan növbəti ilin yanvar ayının 10-dək keçən bir il müddətində qoyulmuş limitdən istifadə edir.
"Azəriqaz" rəsmisi limitlərin yeni ilin ilk günü avtomatik silinməsi üçün işlər aparıldığını da vurğulayıb. Bunun üçün sayğaclara müasir avadanlıqlar quraşdırılacaq.
Qeyd edək ki, 16 oktyabr 2021-ci il tarixdə Tarif Şurasının verdiyi qərara əsasən, əhalinin illik istehlakının 1200 m3-dək olan hissəsi üçün tariflər 12 qəpik təşkil edir. 1200-2500 m3-dək 20 qəpik və 2500 m3-dən çox qaz sərf edənlər üçün isə tarif 25 qəpikdir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Sosial       Tarix: 23 dekabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta cəbhədən yeni xəbərlər sonxeberler son.xeberler