Səhər yeməyi yeməyən uşaqlarla bağlı MÜHÜM XƏBƏR

Səhər yeməyi yeməyən uşaqlarla bağlı MÜHÜM XƏBƏRUşaqlarda sağlam qidalanma həm fiziki inkişaf, həm də məktəbdəki nailiyyətlər baxımından olduqca vacibdir. Düzgün və kifayət qədər qidalanmayan uşaqlarda tez-tez qan azlığı (anemiya) problemi yaranır ki, bu da birbaşa olaraq tədris müvəffəqiyyətini mənfi təsir altına salır.
KONKRET.az pravda.az-a istinadən bildirir ki, qan azlığı uşaqlarda həm fiziki, həm də zehni inkişafı ləngidir.
Qan azlığı nədir?
Qan azlığı – qırmızı qan hüceyrələrinin (eritrositlərin) miqdarının yaşa uyğun normal səviyyədən aşağı düşməsi ilə xarakterizə olunan vəziyyətdir. Ən çox rast gəlinən səbəb isə dəmir çatışmazlığıdır. Dəmir çatışmazlığı zamanı orqanizm kifayət qədər hemoglobin istehsal edə bilmir, bu da uşağın ümumi sağlamlığına mənfi təsir göstərir.
Uşaqlarda qan azlığının əsas səbəbləri:
Dəmir çatışmazlığı: Ən geniş yayılmış səbəbdir.
B12 vitamini çatışmazlığı: B12 və fol turşusunun azlığı da anemiyaya səbəb olur.
Xroniki xəstəliklər: Böyrək xəstəlikləri, artrit, lupus kimi xroniki xəstəliklər də qan azlığına yol aça bilər.
Əlamətləri nələrdir?
Qan azlığı olan uşaqlarda aşağıdakı əlamətlər müşahidə oluna bilər:
Halsızlıq və yorğunluq
İştahsızlıq
Solğun dəri
Başgicəllənmə
Tez-tez xəstələnmə
Ürəkdə döyüntülər
İçeqapanıqlıq və depressiya
Zehni inkişafın ləngiməsi
Yaxşı qidalanma qan azlığını önləyir
Qan azlığı olan uşaqların müalicəsində düzgün və balanslı qidalanma əsas rol oynayır. Qırmızı ət, quru meyvələr, bəhməz, fındıq kimi dəmir baxımından zəngin məhsulların istifadəsi tövsiyə olunur.
Xüsusilə, məktəb dövründə olan uşaqlar səhər yeməyindən imtina etməməlidirlər. Tədqiqatlara görə, səhər yeməyi edən uşaqlar dərslərində daha uğurlu olur. Səhər yeməyində tam taxıllı çörək, süd, yumurta və pendir kimi zülalla zəngin qidalar mütləq yer almalıdır. Bu, uşağın konsentrasiyasını və qavrama qabiliyyətini artırır.
Qan azlığının səbəbi müəyyən edilməlidir
Qan azlığının müalicəsində ilk addım onun səbəbini dəqiq müəyyənləşdirməkdir. Dəmir çatışmazlığına əsaslanan qan azlığı halları dünyada ən çox rast gəlinən anemiya növüdür.
Uşaqlarda qan azlığının müalicəsi necə aparılır?
Qan analizləri nəticəsində uşağın vəziyyəti və anemiyanın növü təyin edilir. Müalicəyə dəmir preparatları ilə başlanılır. Körpələrə sirop və damcı şəklində dərmanlar verilir. Müalicə müddətində uşaqların vəziyyəti mütəmadi olaraq yoxlanılmalı və təhlillər aparılmalıdır.
Qan azlığının qarşısını almaq üçün nə etməli?
Təzə meyvə sularından və meyvələrdən istifadə artırılmalıdır
Qırmızı ət və balıq kimi məhsullar mütəmadi qəbul olunmalıdır
B12 vitamini ilə zəngin qidalarla uşağın rasionu dəstəklənməlidir
Hər səhər yeməyində süd, yumurta və pendir kimi zülalla zəngin məhsullar olmalıdır.

Sağlamlıq       Tarix: 15 aprel 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA

Misofoniya gündəlik səslərə qarşı güclü qıcıqlanma, qəzəb və narahatlıq hissi ilə müşayiət olunan vəziyyətdir. Azərbaycanda bu vəziyyətin müalicəsi iki dövlət tibb müəssisəsində həyata keçirilir. Misofoniya müəyyən səslər

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar

Baş ağrısından tutmuş soyuqdəyməyə qədər bir çox insan narahatlıq hiss edən kimi dərmana üz tutur. Bəziləri həkim məsləhəti olmadan aptekdən aldığı preparatları günlərlə, hətta aylarla qəbul etsə də, gözlədiyi nəticəni əld

Kolbasa və sosiska alarkən diqqətli olun: Bu əlamətlər təhlükədən xəbər verir

Son günlər Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən "Malakanka" MMC-yə məxsus müəssisədə yararlılıq müddəti bitmiş kolbasa və süd məhsullarının aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəm

Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir

"Bioloji fəallığa malik qida əlavələrinin nəzarətsiz və həkim məsləhəti olmadan qəbulu qaraciyər sağlamlığı üçün ciddi təhlükə yaradır". xəbər verir ki, bu barədə tibb elmləri namizədi, qastroenteroloq Yekaterin

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Düyüdəki gizli təhlükə: Plov hansı halda zəhərləyir?

Lənkəranda bir ailənin üzvlərinin plov və turşu qəbul etdikdən sonra qida zəhərlənməsinə məruz qaldığı bildirilir. Hadisə gündəlik qida rasionumuzda yer alan plovun hansı hallarda təhlükə yarada biləcəyi və ev şəraitind

2027-ci ildən yeni mərhələ başlayır – 4 il davam edəcək

2027–2031-ci illərdə qida məhsulları allergenlərin müəyyən edilməsi üçün laborator müayinələrə cəlb olunacaq. Məhsulların üzərindəki etiket məlumatlarının laboratoriya nəticələrinə uyğunluğu da yoxlanılacaq. xəbər verir ki

Şirniyyat və kərə yağında gizli təhlükə? – Diqqətli olun

Palma yağı bizi zəhərləyir? Azərbaycanda bu yağın kərə yağı və şirniyyatların tərkibinə qatılması ilə bağlı müzakirələr səngimir. Bəs palma yağı həqiqətən təhlükəlidirmi, yoxsa əsas problem onun hansı formada istifadə olunmasındadır?

Bir böyrəklə ömürlük yaşamaq mümkündür? Həkimdən AÇIQLAMA

Gəncə sakini İradə Səidovanın həyat yoldaşına böyrəyini bağışlaması orqan transplantasiyası və donor sağlamlığı ilə bağlı bir sıra sualları gündəmə gətirib. Bir insanın bir böyrəklə ömrünün sonuna qədər yaşaması mümkündürmü


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən video hava proqnozu sonxeber enson xeberler