Şəhid anasının döyüldüyü deyilən hadisə əslində necə olub? - VİDEO

Şəhid anasının döyüldüyü deyilən hadisə əslində necə olub? - VİDEOSosial şəbəkələrdə Daşkəsən rayonunun Dəstafur kənd sakini, şəhid anası Sevda Şıxıyevanın rayon icra hakimiyyətinin Dəstafur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lalə Cəfərova tərəfindən döyülməsi haqqında məlumatlar yayılıb.
Əslində isə hadisə tam əksinə olub.
Lalə Cəfərova bildirir ki, dekabrın 17-də iş otağında olub: "Həmin zaman üç nəfər – mən, xadimə və müavinim işimizlə məşğul idik.
Bu zaman müavin gəldi ki, Dilşad adında bir xanım bizi gördü dedi ki, Sevdanı çağırın gəlsin, bunlar burdadır. Aradan 15 dəqiqə keçmədən ehtiyat edib xadiməyə dedim ki, açarı gətir qapını arxadan bağlayaq. Qapını bağladıqdan bir müddət sonra "Niva" markalı maşın inzibatı binanın qarşısında dayandı. Daha sonra 4 nəfər otağa doğru irəliləyərək qapını təpiklə sındırdı və içəri daxil oldular. Saçımdan tutub yerə yıxdılar. Dördü də məni döyməyə başladı. Bu zaman bacısı oğlu, sabiq məhkum Məmmədov Asif içəri daxil olaraq məni öldürəcəyini bildirdi. Kəndiri gətirin, ipi boğazına salıb "Niva"ya qoşub aparacam dedi. Bu zaman qorxudan huşumu itirdim.
Telefonumu da əlimdən aldılar. Müavinim əmim oğluna zəng etdi ki, Laləni öldürürlər, qoyma.
Həmin şəxslər şəhid anası Sevda Şıxıyeva, oğlu Sərxan Şıxıyev, əri Raqif Şıxıyev, qızı Qasımova Xalidə və bacısı oğlu, illərlə məhkum olmuş Məmmədov Asif idi. Səbəb isə 2020-ci ildə Vətən müharibəsi başlayan zaman mənə təqdim edilən çağırış vərəqəsini ailəyə təqdim etməyim olub. Deyirlər ki, oğlumuzu niyə apardın? Deyirlər siz apardınız müharibəyə".
Hadisə zamanı Lalə Cəfərovanın köməyinə qohumu, Daşqın Cəfərov yetişib. Nəticə də həmin şəxslər ona da hücum edib. Daşqın Cəfərova da ağır bədən xəsarətləri yetirilib.
İlkin araşdırmanın nəticələrinə görə Sevda Şıxıyevanın Lalə Cəfərova ilə aralarında yaşananların tam başqa səbəbi var. 
Daşkəsən Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Vəliyev bildirir ki, müxtəlif sosial şəbəkələrdə şəhid anası tərəfindən yayımlanmış videomaterial tamamilə qərəzlidir və əsassızdır:
"Bu özünə bəraət qazandırmaq cəhdidir. Sevda Şıxıyeva iddia edir ki, o döyülüb. Belə bir hal olmayıb. Onun iddiası ilə bağlı məsələ dərhal nəzarətə götürülüb və o, tibbi ekspertizadan keçirilib. Dedikləri isə təsdiqini tapmayıb. Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır".
Qeyd edək ki, Baku TV, "Space" telekanalı və APA TV-nin jurnalistləri bu hadisənin araşdırılması zamanı Daşkəsən rayonunda təzyiqlə üzləşiblər.
Hadisənin mahiyyətini ətraflı araşdırmaq üçün Dəstafur kəndinə yollanan media nümayəndələri şəhid anası tərəfindən hədələnib.

Sosial       Tarix: 21 dekabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta cəbhədən yeni xəbərlər sonxeberler son.xeberler