Süni idman qidalarının orqanizmə hansı ziyanı var? - Həkim AÇIQLADI

Süni idman qidalarının orqanizmə hansı ziyanı var? - Həkim AÇIQLADISon dövrlərdə idmanla məşğul olan gənclərimizin sayı artmaqdadır. Təsadüfi deyil ki, ölkəmizdə fəaliyyət göstərən idman zallarının sayı günü-gündən artır. Təbii ki, idmanla məşğul olmağın insan orqanizminə böyük faydası var. Təəssüf ki, gənclərin bir qismi sağlamlıq yox, görüntü üçün çalışır. Bir çoxları hətta əzələ kütləsini artırmaq üçün süni qidalardan istifadəyə üstünlük verir.
Əslində bu qidalar insan orqanizminə necə təsir? Belə qidalardan istifadə etmək nə dərəcədə düzgündür?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını tibb üzrə ekspert, həkim Şəmsiyyə Namazlı cavablandırıb. O bildirib ki, sözügedən qidalardan istifadə edən şəxslərin qara ciyərində müxtəlif dəyişikliklər müşahidə olunur:
"İdman qidaları protein olaraq qəbul edilir və gənclər arasında dəb halını alıb. Lakin bu qidaların həqiqətən proteinlərdən ibarət olması da əslində sual altındadır. Belə qidalardan uzun müddət istifadə olunduqda qara ciyərə mənfi təsir edir. Təcrübədə belə hallarla çox rastlaşıram. Müraciət edən şəxslərin qara ciyərində müxtəlif dəyişikliklər müşahidə olunur. Hətta bu, bəzən qara ciyər piylənməsinə də gətirib çıxara bilir. İdmanla məşğul olan şəxslər belə qidalardan uzaq durmalıdır. Çünki həmin qidaların tərkibində hormonal preparatlar var. Belə preparatlar əzələlərin böyüməsinə və şişməsinə səbəb olur. Gənclər də buna görə belə zərərli qidalara meyllənir. Təəssüf ki, bəzən hətta məşqçilər idmana yeni başlayan insanlara o məhsullardan istifadə etməyi tövsiyə edir. Tək başına idmanla məşğul olanların bəziləri isə dost-tanışından eşitdiyi qidaları alıb bilgisiz qəbul edir. Belə hallar yolverilməzdir".
Süni idman qidalarının orqanizmə hansı ziyanı var? - Həkim AÇIQLADIHəkimin sözlərinə görə, nəzarətsiz şəkildə, miqdarını və dozasını bilmədən süni idman qidalarından istifadə edən şəxslərin sağlamlığında ciddi problemlər yaranır:
"Həmin şəxslər idmanı dayandırdıqda və belə qidalardan imtina etdikdə onların həm daxili orqanlarında, həm də  xarici görünüşündə fəsadlar yaranır. Onların qara ciyər göstəriciləri çox yüksək olur. Qara ciyər böyüyür və strukturu dəyişir. Bəzən hətta qara ciyərin sirrozuna qədər gətirib çıxara bilir. Onlar özü də bunu yaxşı bilir. Buna görə də bəziləri deyir ki, yarım il fasilə verəcəm. Lakin orqanda dəyişiklik baş verdikdə onu əvvəlki vəziyyətinə qaytarmaq mümkün deyil. Proteinin nəinki süni, hətta təbii şəkildə həddən artıq qəbulu düzgün deyil. Biz adi insanlara yumurta, ət kimi məhsullardan çox istifadə etməyi məsləhət görmürük. Ümumilikdə protein adı altında satılan süni qidalardan istifadə insan sağlamlığına ciddi zərər vurur. Gənclər bunu bilməli və belə məhsullardan imtina etməlidir".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sağlamlıq       Tarix: 26 may 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları


yeni xeberler azerbaycan xeberleri son xeberler maraqlı xəbərlər hava durumu xeber saytlari bu gunun xeberleri