Təcili tibbi yardım maşınlarının ünvana gec çatmasının səbəbi BİLİNDİ
Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva təcili yardım avtomobillərinin gec çatması barədə səsləndirilən narazılıqlara münasibət bildirib.
KONKRET.az-ın xəbərinə görə, N.Fərzəliyeva deyib ki, paytaxt üzrə mövcud olan 139 briqada adi gündə 1700-1800 çağırışı gecikmədən normal şəkildə icra edə bilər. Çağırış yerinə çatmaq isə maksimum 40 dəqiqə çəkə bilər.
Onun sözlərinə görə, bəzən hadisə yerinə təcili yardım avtomobilinin gec çatması barədə narazılıqlar səsləndirilir: "Nəzərə almaq lazımdır ki, çağırışlar çox olarsa, gecikmələr qaçılmazdır. Əgər çağırışların sayı adi gündəkindən çoxdursa istər-istəməz gecikmə ola bilər. Çağırış çox olanda çeşidləmə yolu ilə icra etməyə çalışırıq".
Baş həkimin müavini bildirib ki, qida zəhərlənmələri bayram günlərində elə də çox olmayıb: "Bayram günlərində müntəzəm şəkildə məsul şəxslərdən növbəli qrafik qurulmuşdu. Sevindirici haldır ki, bayram günlərində fövqəladə hal baş vermədi".
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto