Teymur Musayev Qebreyesusla görüşdü

Teymur Musayev Qebreyesusla görüşdüÜmumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib.
KONKRET.az xəbər verir ki, görüşün əvvəlində Teymur Musayev Tedros Adhanom Qebreyesusu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru vəzifəsinə ikinci müddətə seçilməsi münasibətilə təbrik edib. O, ötən müddət ərzində Təşkilatın Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Daha sonra nazir COVID-19 pandemiyası ilə mübarizədə ölkəmizin uğurlu təcrübəsini paylaşaraq, vaksinasiya səviyyəsinin əhalinin hədəf qrupu üzrə 90%-dən artıq olduğunu, Azərbaycanın "COVAX" təşəbbüsünə qoşulan ilk ölkələr sırasında yer aldığını diqqətə çatdırıb, həmçinin son dövr ərzində əhalinin sağlamlığının qorunması məqsədilə aparılan islahat tədbirlərinə dair məlumat verib.
Təşkilatın Baş direktoru cənab Tedros Adhanom Qebreyesus Azərbaycan Prezidenti İlham Əliyevin ÜST ilə əməkdaşlığa verdiyi önəmi yüksək qiymətləndirib. Xüsusən pandemiya dövründə ölkəmizin Təşkilata etdiyi humanitar yardımları, eyni zamanda xəstəliyin aradan qaldırılması məqsədilə ölkələri birgə əməkdaşlığa səsləyən qlobal çağırışları xatırladıb.
Qebreyesus Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə sıx təmaslarının olduğunu diqqətə çatdıraraq iyun ayında keçiriləcək Forumda iştirakını səbirsizliklə gözlədiyini bildirib. Forum çərçivəsində Tedros Adhanom Qebreyesus ilkin səhiyyə xidmətləri sahəsində Azərbaycanda görülən işlərlə yaxından tanış olmaq istəyini diqqətə çatdırıb.
Sonda tərəflər arasında Təşkilatın səhiyyə böhranlarına hazırlıq və cavab tədbirlərinin gücləndirilməsi, akademik fəaliyyətin genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

Sağlamlıq       Tarix: 26 may 2022
f Paylaş

Oxşar xəbərlər

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları


yeni xeberler azerbaycan xeberleri son xeberler maraqlı xəbərlər hava durumu xeber saytlari bu gunun xeberleri