Tokayev kimi seçəcək: Bakını, yoxsa Kremli?

Tokayev kimi seçəcək: Bakını, yoxsa Kremli?AZAL təyyarəsinin Aktauda qəzaya uğraması hadisənin detallı araşdırılması və həqiqətlərin üzə çıxması üçün unikal imkanlar yaradır: Qazaxıstan Türk Dövlətləri Təşkilatının üzvüdür, Azərbaycanla yüksək əlaqələri var, üstəlik, qəza zamanı təyyarədə olan 6 vətəndaşının hamısı həlak olub və s.
KONKRET.az xəbər verir ki, Qazaxıstan ilk saniyələrdən özünü çox ləqayətli aparıb, qardaş davranışı sərgiləyib: qəza enişi tələbi ilə müraciət edən AZAL təyyarəsi üçün bütün hazırlıqlar dərhal görülüb, əraziyə FHN və təcili yardım briqadaları toplanıb, eniş yolu tam boşaldılıb. Qəzadan dərhal sonra isə bütün lazımı yardımlar anında göstərilib.
Qazaxıstan mənəvi tərəfi də unutmayıb: Xəzər dənizinə çələnglərin buraxılması da daxil olmaqla, yüksək səviyyəli məmurların yaralı azərbaycanlılara, onların yaxınlarına həddən artıq isti münasibəti, üstəlik, qazax xalqının və ziyalıların toplu halda dərdimizə şərik çıxmaları müşahidə edildi. Təsadüfi deyil ki, bütün bunlar sosial şəbəkələrdə təqdir edilir və qazax xalqına qardaş kimi sonsuz təşəkkürlər bildirilir.
Ancaq Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev ötən gün axşam brifinqdə təyyarənin salonunda oksigen balonunun partlamasını bildirməsi, daha sonra isə hökumət komissiyasına rəhbərlik edən Baş nazirin müavini Kanat Bozumbayevin Azərbaycanın kriminalistik ekspertizada iştirakına icazə verilməyəcəyini bildirməsi bəzi suallar yaradır.
Əlbəttə, Qazaxıstan qanunvericiliyinə görə, kriminalistik ekspertizaya Azərbaycan buraxılmaya bilər və bu qanun Rusiyaya da tətbiq edildi, Rusiyanın hüquq-mühafizə orqanları da ekspertizaya buraxılmayacaq. Buna baxmayaraq, Azərbaycan əsas zərərçəkən tərəfdir, ikitərəfli münasibətləri də nəzərə alaraq, Azərbaycan hüquq-mühafizə orqanı əməkdaşlarının kriminalistik ekspertizaya buraxılmasına yaşıl işıq yandırmaq olardı.
Bu, ciddi etirazla da qarşılanmadı. Ancaq AZAL-ın qəzaya uğrayan təyyarəsinin salonunda oksigen balonunun partlaması barədə qazax nazirin açıqlaması şahidlərin, ekipaj üzvünün və mütəxəssislərin birmənalı təkzibi ilə müşayiət olunur.
Ekipajın sağ qalan üzvü də bunu təkzib edir, qəzadan sağ çıxan şahidlər də. Bəs, qazax nazir bunu hansı əsasla səsləndirir?
Bu müəmmalı açıqlama "Kanal 24" Yutub kanalının aparıcısı Oleq Belousov "Monoblog about…" adlı müəllif bloqunda qəza baş verəndən bir neçə saat sonrakı iddiasını yada salır. Belousov iddia edirdi ki, Rusiya lideri Vladimir Putin ölkəsinin məsuliyyətdən yaxasını qurtarmaq üçün Qazaxıstan lideri Tokayevə xahişlər edir və ya edəcək.
Rusiyanın Qazaxıstanda təsir imkanlarını da nəzərə alsaq, Putinin bu xahiş-tələbi səsləndirəcəyi halda Qazaxıstan rəhbərliyi "iki dəfə düşünməyə" məcbur qala bilər.
Ancaq bu xahiş-tələbə Tokayevin boyun əyəcəyi ehtimalı da zəifdir:
1. Tokayev Rusiyada Putinlə birbaşa görüşdə mediaya açıqlamasında Ukraynanın anneksiya edilən ərazilərini Rusiya torpağı kimi tanımamışdı və rəsmən bunu işğal adlandırmışdı;
2. Tokayev cəsarətli siyasət aparır, Rusiya ilə paralel olaraq Qərblə də əlaqələrini yüksək səviyyədə qoruyur;
3. Tokayev TDT üzvüdür və TDT üzvü olan Azərbaycanın iradəsi və maraqları əleyhinə gedəcəyi ehtimalı zəifdir;
4. "Cin şüşədən çıxıb": artıq dünyanın əksər analitik mərkəzləri AZAL təyyarəsinin HHM sistemləri ilə vurulduğunu üzərindəki zədələrə görə təsdiqləyirlər. Bəzi iddialara görə, Qərb mənbələrində AZAL təyyarəsinin vudulduğunu sübut edən daha etibarlı faktlar da var;
5. Azərbaycan rəhbərliyi həqiqətin üzə çıxmasında birmənalı qərarlı olduğunu elan edib. Həmçinin istintaqı Qazaxıstan aparsa da, hadisə şahidlərinin böyük əksəriyyəti azərbaycanlılardır və artıq Azərbaycandadırlar, onlar ictimai açıqlamalar verirlər.
İndi həqiqəti gizlətmək o qədər də asan deyil və Tokayevin məhz bu gerçəklikdən çıxış edəcəyi gözləniləndir.
Gözləyək…/axaraz

Siyasi       Tarix: 27 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən görüntüleri sou xeberler bugun qurban bayrami 2026 meherremlik 2026