"Türkiyə Azərbaycanın əczaçılıq sahəsinə 100 milyon dollar investisiya yatıracaq" - SƏFİR

Türkiyə şirkəti Azərbaycanın əczaçılıq sahəsinə 100 milyon ABŞ dolları dəyərində investisiya yatırmaq üçün icazə alıb.
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.
Onun sözlərinə görə, yaxın zamanda bu sövdələşməyə imza atılacaq.
"Türkiyə və Azərbaycan arasında dərin münasibətlər var: "İki ölkə arasındakı əlaqələr getdikcə dərinləşir. İstər hərbi, istər energetika, istərsə də iqtisadi əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Bakıda türk iş adamlarına aid 5 mindən çox kiçik, orta və böyük sahibkarlıq obyektləri var. Yəni, 5 min türk iş adamının Azərbaycanda qeydiyyatda olan şirkətləri var. Bunlar Azərbaycanda ticarətin, iş birliklərinin inkişafına töhfə verir. Türkiyə xidmət, turizm, səhiyyə, qida sektorunda öndə olan ölkələr sırasındadır. Türk iş adamlarının Azərbaycanda da bu sahələrdə fəaliyyəti bizim üçün çox önəmlidir. Bu sahələrdə çalışan insanların sərf etdiyi əmək hər iki ölkəyə də ayrı-ayrı məqamlarda töhfələr verir və verəcək",- səfir bildirib.
C.Bağcı vurğulayıb ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin həcminin 15 milyard ABŞ dollara çatdırılması hədəflənir: "Türk iş adamları da bu məsələyə öz töhfəsini vermək üçün çalışırlar. Azərbaycanın hər bölgəsində yeni iş yerləri yaradılır. Aqrar sahədə, əczaçılıq sahəsində investisiyalar üçün icazələr alınıb və yaxında bu sahədə də yeniliklərə imza atılacaq. Eyni zamanda enerji sahəsindəki iş birlikləri getdikcə böyüyür. Bir sözlə bütün sahələrdə var olmağa çalışırıq. Sentyabr ayında 600-ə yaxın türk iş adamı Beynəlxalq Biznes Forumu çərçivəsində Bakıya səfər etmişdilər. Onların bir qismi yenidən Bakıya gəldilər və bir sıra sahələrdə əməkdaşlıq üçün Azərbaycanda görüşlər həyata keçirdilər".
Səfir qeyd edib ki, iki ölkə arasında illik ticarət dövriyyəsi hazırda 4 milyard ABŞ dollarını keçib və yaxın zamanda bu rəqəmin daha da yüksələcəyi gözlənilir./report/

Sağlamlıq       Tarix: 11 fevral 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son məlumatlar hava proqnozu şou biznes xəbərləri azerbaycan son xeber bugun