ÜST: Əfqanıstanda qızılcaya yoluxma halları kəskin artıb

ÜST: Əfqanıstanda qızılcaya yoluxma halları kəskin artıbÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) Əfqanıstanda qızılcaya yoluxma hallarının kəskin artması ilə bağlı narahatlığını ifadə edib.
KONKRET.az-ın məlumatına görə, təşkilatın sözçüsü Kristian Lindmayer Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, 24-30 yanvar həftəsi ərzində ölkədə bu xəstəliyə yoluxma və ölüm halları 18%, yanvarın 31-dən fevralın 6-dək isə 40% artıb.
"Qızılca Əfqanıstanda endemikdir. 2019 və 2020-ci illərdə xəstəliyin aşağı yayılma dövründən sonra 2021-ci ilin iyul ayının sonundan etibarən bütün əyalətlərdə qızılcaya yoluxma hallarının sayı artıb. Eyni zamanda, ən yüksək göstəricilər son dörd həftədə qeydə alınıb", – Lindmayer deyib.
Xəstələrin 91%-i və ölənlərin 97%-i 5 yaşa qədər uşaqlardır. Ölənlərin sayı nisbətən az olsa da, 2022-ci ilin yanvar ayında yoluxmanın artması ölüm sayının yüksələcəyini göstərir.
ÜST rəsmisi qeyd edib ki, bu cür artım Əfqanıstanda qida çatışmazlığının həddən artıq yüksək olması baxımından xüsusi narahatlıq doğurur.
2021-ci ilin dekabrında Əfqanıstanda peyvənd kampaniyası aparılıb və bu kampaniya zamanı ən çox zərər çəkmiş əyalətlərdə 1,5 milyon uşaq qızılcaya qarşı peyvənd edilib.

Sağlamlıq       Tarix: 12 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son məlumatlar hava proqnozu şou biznes xəbərləri azerbaycan son xeber bugun