Uzun müddət davam edən bel ağrılarına DİQQƏT - Ortopedik cərrah ağrının səbəblərini açıqladı

Uzun müddət davam edən bel ağrılarına DİQQƏT - Ortopedik cərrah ağrının səbəblərini açıqladıBeliniz ağrıyır? Tək deyilsiniz. Ən azı üç ayda bir dəfə dörd insandan biri bel ağrılarından əziyyət çəkir.
İnsan kürəyi mürəkkəb bir quruluşa malikdir. Onun mərkəzi bir-biri ilə sıra ilə bağlanan və onurğa sütunu təşkil edən 33 sümükdən - fəqərələrdən ibarətdir. Onurğa sütununun mərkəzindəki kanal vasitəsilə onurğa beyni sinirləri keçir. Onurğa sütununu 7 boyun, 12 döş, 5 bel, 5 oma və 4 büzdüm fəqərəsi təşkil edir.
Milli.Az bildirir ki, onurğa ağrılarının bir çox səbəbi var. Bu, əzələ gərginliyi, fəqərəarası disk yırtıqları və ya onurğa problemi ola bilər. Ayrıca, bel ağrıları travmalar və ya şiş nəticəsində yarana bilər. Ancaq əksər hallarda ağrının konkret səbəbini təyin etmək mümkün deyil.
"Nadir hallarda konkret səbəb tapırıq" , - deyə rusiyalı ortopedik cərrah Maslov Sergey Konstantinoviç açıqlama verib. Həkimin sözlərinə görə, yalnız bel ağrıyırsa və ağrı orta dərəcədədirsə, bir qayda olaraq, narahatlıq üçün güclü səbəb yoxdur:
"Yaşla bağlı olaraq beldə təbii dəyişikliklər olur. Fəqərəarası disklər köhnəlir və onurğanın kiçik oynaqlarının artriti inkişaf edir. Bu dəyişiklikləri MRT-də görmək olar. Ancaq həqiqət budur ki, fəqərəarası disklərin degenerasiyası bel ağrısından şikayət etməyən bir çox insanda da olur. Odur ki, ağrıya yaşla əlaqədar dəyişikliklərin səbəb olduğu iddia edilə bilməz.
Bel ağrısı ehtimalı kök insanlarda, siqaret çəkənlərdə daha yüksəkdir. İdman etməyən və əsasən oturaq həyat tərzi keçirənlər də tez-tez bel problemlərindən şikayətlənir".
Yaxşı xəbər odur ki, əksər hallarda ağrı öz-özünə gedir. Yenidən görünsə, həkim ağrıkəsici dərman qəbul etməyi, kürəyi yüklənmədən qorumağı, ağırlıq qaldırmamağı və kəskin şəkildə əyilməməyi məsləhət görür. Mütəxəssis bildirib ki, adətən ağrı bir neçə həftə içində yox olur:
"Ancaq bəzi insanlarda ağrı dayanmır. 3 aydan çox davam edərsə və qalıcıdırsa, bu, hərtərəfli müayinə tələb edən xroniki bel ağrısıdır. Xroniki ağrının müalicəsi onun meydana gəlməsinin mənbəyindən asılıdır. Xroniki bel ağrısının bəzi növləri uzunmüddətli dərman tələb edir. Ağrı travma və ya şişlərdən qaynaqlanırsa, bu zaman əməliyyat kömək edə bilər. Əməliyyat fəqərəarası diskin yırtığı və ya onurğa stenozu (bu, fəqərəarası sinirlərin sıxılmasına gətirib çıxaran onurğa kanalının daralmasıdır), həmçinin degenerativ spondilolistez (bir fəqərənin digərinə nisbətən yerdəyişməsi) olduğu təqdirdə təsir edəcək.
Ancaq cərrahi müalicə hər kəs üçün uyğun deyil. Bel ağrısı üçün bir çox digər müalicə üsulları var. Hansı variantın sizin üçün ən uyğun olduğuna həkiminizlə birlikdə qərar verin".
Əksər insanlar əməliyyat olmadan xroniki ağrılardan qurtula bilər. Sergey Konstantinoviç əmin edir ki, ən başlıcası ağrının sizə hakim olmasına imkan verməməkdir. Tədqiqatlar göstərir ki, aktiv həyat tərzi aparan insanlar daha sürətli bərpa olunurlar. Əsas odur ki, belin yüklənməsindən qaçın.
"Ağrıya tab gətirməmək və çox hərəkət etməkdən qorxmamaq vacibdir. Nə etməyinizin fərqi yoxdur, sadəcə fiziki cəhətdən aktiv olun", - deyə həkim sonda vurğulayıb. (publika.az)
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 04 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo


yeni xeberler azerbaycan xeberleri son xeberler hava durumu son xeberler bu gun xeberler bugun 2026 cəbhədən son xeber