Vəziyyət pisləşərsə, karantin qaydaları yenidən sərtləşə bilər - Həkim
İki ildən çoxdur ki, pandemiya dövrü davam edir. Zaman-zaman müəyyən məhdudiyyətlər ləğv olunsa da, təhlükə hələ də tam sovuşmayıb.
Belə ki, bu günlərdə ABŞ-da koronavirusun həm "omikron", həm də "delta" ştamlarının xüsusiyyətlərini birləşdirən daha bir ştamı müəyyən edilib. Alimlər onun əvvəlkilərdən daha sürətli yayıldığını, immunitet sistemini aldatmaqda daha mahir olduğunu və ciddi fəsadlara səbəb ola biləcəyini deyirlər.
Maraqlıdır, yeni ştam hansı təhlükələrdən xəbər verir? Azərbaycanda bununla bağlı hansısa addımlar atıla bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını tibb üzrə ekspert, professor Adil Qeybulla cavablandırıb. Həkimin sözlərinə görə, indiyə kimi koronavirusun xeyli mutasiya ştamları aşkarlanıb:
"Omikron koronavirusun sonuncu ştamı hesab edilmir. Omikrondan sonra koronavirusun xeyli mutasiya ştamları aşkarlanıb. İndiki halda yeni ştamların hansı davranışı göstərəcəyini proqnoz etmək çətindir. Lakin yenidən təhlükəli vəziyyət yaranacağını düşünmürəm. Çünki yeni ştamın əvvəlki qədər təhlükəli olacağını ehtimal etmirəm".
A.Qeybulla bildirib ki, virusa qarşı kollektiv immunitet formalaşıb:
"Lakin hər halda pandemiya dövrü bitməyib. Ümumdünya Səhiyyə Təşkilatı da pandemiyanın sonunu elan etməyib. Epidemioloji vəziyyət pisləşərsə, karantin qaydaları yenidən sərtləşə bilər. Amma Azərbaycanda bunun olacağına inanmıram. Çünki ölkə əhalisində koronavirusa qarşı kollektiv immunitet formalaşıb".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto