Xərçəng müalicəsində yenilik - Nəticə hətta tədqiqatçıları da ŞOKA SALDI
Nyu-Yorkda Memorial Sloan Kettering Xərçəng Mərkəzinin apardığı son təcrübənin nəticələri tədqiqatçıları şoka salıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, kolorektal xərçəng (yoğun bağırsaq və düz bağırsaq) dərmanının sınaqlarında iştirak edən 18 xəstənin hamısı sağalıb və bədənlərində xərçəng əlaməti yox olub.
Həkimlər fiziki müayinə, endoskopiya, PET və MRT müayinələrində xəstəliyin əlamətlərinin olmadığını bildiriblər.
Memorial Sloan Kettering Xərçəng Mərkəzinin onkoloqu Dr Luis Diaz tədqiqat barədə belə deyib:
"Bu, xərçəng tarixində ilkdir. Nəticə həqiqətən həyəcanvericidir. Bu, irəliyə doğru böyük bir addımdır. "Dostarlimab" adlı yeni dərman xərçəng hüceyrələri məhv edir".
Qeyd edək ki, dərman verilən on səkkiz xəstə əvvəllər kolorektal xərçəng üçün kimyaterapiya və cərrahiyyə üsulu ilə müalicə almayıb. Dərman xəstələrə altı ay ərzində üç həftədən bir verilib və hər dozanın qiyməti təxminən 11.000 dollardır.
Xəstələri 12 ay izləyən tədqiqatçılar prosesin sonunda apardıqları müayinələrdə xərçəng də daxil olmaqla heç bir əlamət görməyiblər.
Tədqiqatda iştirak edən xəstələrin təxminən 20 faizi dərmanın yan təsirləri ilə üzləşib. Araşdırmanın hesabatı "New England Journal of Medicine"də dərc olunub.
Yeri gəlmişkən, kolorektal xərçəng ABŞ-da hər il təxminən 50.000 insanın ölümünə səbəb olur. Kolon və düz bağırsaq xərçəngi tibbi dildə kolorektal xərçəng olaraq təyin olunur. Ən çox 40 yaşdan sonra baş verir. Bütün xərçəng növləri arasında üçüncü ən çox yayılmış xərçəng növüdür.
Tez-tez nəcisdə qan, ishal və ya qəbizlik, bağırsaq hərəkətlərində qəfil və gözlənilməz dəyişikliklər, səbəbsiz kilo itkisi, qarın ağrısı, yorğunluq hissi, halsızlıq, dəmir çatışmazlığı səbəbindən anemiya, qusma kimi simptomlarla özünü göstərir.
İqbal Rzayev,
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə
Xidmetler [newsid: 0-123300]

Mütəxəssislərdən xəbərdarlıq: Bu dəri əlaməti bağırsaq problemlərinin ilk siqnalı ola bilər
Yayda bu qidalar zəhərlənmə riskini artırır – Diqqətli olun
Saatına 1 000 manat alan psixoloqlar: Bu qiymətləri kim və necə təyin edir?
Ət bahalaşa bilər: AQTA-nın yeni tələbinə etiraz
Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü
Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm
Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
Azərbaycanda turizm canlanacaq: Yeni proqram sektorun problemlərini həll edəcək
Banklara gedənlər üçün vacib xəbər: Valyutaların alış-satış qiymətləri
Gənc aktyorun ürəyi dayandı
Azərbaycan nefti bahalaşdı
Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
Kanalda yeniyetmə boğuldu