Xəstə insanları veriliş aparıcıları yox, dövlət müalicə etməlidir - AÇIQLAMA

Xəstə insanları veriliş aparıcıları yox, dövlət müalicə etməlidir - AÇIQLAMAPandemiya dövründə dünya əhalisinin böyük qismi sağlamlığı ilə sınağa çəkildi. Lakin təəssüf ki, hələ də yüzlərlə insan maddi imkanı olmadığına görə, səhiyyə xidmətlərindən yararlana bilmir.
Azərbaycanda da bu sahədə vəziyyət qənaətbəxş deyil. Bir çox insanın nəinki müalicəyə, heç həkimlərin qəbulu üçün tələb olunan pulu ödəməyə gücü çatmır. Bu isə vəziyyəti getdikcə daha da pisləşdirir. Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün  Milli Məclisdə çıxışı zamanı deyib ki, icbari tibbi sığorta ilə bağlı geniş işlər görülməlidir. Onun sözlərinə görə, onkoloji xəstəliklər də icbari tibbi sığorta ilə əhatə olunmalıdır.
Əhliman Əmiraslanov bildirib ki,  bütün xəstəliklər bu zərfə daxil edilməlidir. Maraqlıdır, Komitə sədrinin dedikləri reallaşa bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan tibb üzrə ekspert, həkim-radioloq Aydın Əliyev bildirib ki, əhalimizin sağlamlığı hər şeydən öncə gəlməlidir:
"Bütün dünyada bir nömrəli prioritet insan sağlamlığıdır. İnsan xəstələndiyi zaman onun üçün başqa heç nəyin əhəmiyyəti qalmır. İnkişaf etmiş ölkələrdə insan sağlamlığı üçün milyardlarla vəsait ayrılır. Bu vəsait sığorta və digər tibbi xidmətlər üçün xərclənir. Hesab edirəm ki, bizdə də bütün xəstəliklərin müalicəsi icbari tibbi sığorta zərfinə daxil edilməlidir. Bu mənada Komitə Sədrinin səsləndirdiyi fikirlərlə tam razıyam".
Xəstə insanları veriliş aparıcıları yox, dövlət müalicə etməlidir - AÇIQLAMAHəkimin sözlərinə görə, xərçəng xəstəliyinin müalicəsi də icbari tibbi sığorta ilə əhatə olunmalıdır:
"Məncə, insanlarda kompleks yaradan, kobud deformasiya olan bəzi orqanların estetik əməliyyatı da bu zərfə daxil edilə bilər. Lakin kimsə daha da gözəl olmaq istəyirsə əməliyyatının xərcini özü ödəməlidir. Belə əməliyyatlar zərfə daxil olması məqsədəuyğun deyil. Bu gün orqan köçürülməsi ilə bağlı ölkəmizdə ciddi problemlər var. Qara ciyər, böyrək transplantasiyası kifayət qədər bahalı prosedurlardır.
Təəssüf ki, bəzi xəstələri müalicə etmək üçün sosial kampaniyalar başladılır. Xəstə insanlar efirə çıxarılır və onun üçün pul yığılır. Bunu insanlar yox dövlət etməlidir. Həmin şəxslər üçün hesab açılır və insanlar ianə edir. Ona görə də ilk növbədə ağır xəstəliklər zərfə daxil edilməlidir. Hətta, xərçəng xəstəliyinin müalicəsi də icbari tibbi sığorta ilə əhatə olunmalıdır. Bunun üçün Azərbaycanın kifayət qədər imkanı var. Azərbaycanın təbii sərvətləri düzgün istifadə edilərsə, məmur özbaşınalığına, rüşvət hallarına son qoyularsa hər bir vətəndaşın sağlamlığı üçün ayırmağa kifayət qədər maddi vəsaitimiz olar".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Sağlamlıq       Tarix: 31 may 2022
f Paylaş

Oxşar xəbərlər

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları


yeni xeberler azerbaycan xeberleri son xeberler maraqlı xəbərlər hava durumu xeber saytlari bu gunun xeberleri