XİN rəhbəri: Azərbaycan və Gürcüstan diqtə ilə hərəkət etmir
Bəzi böyük dövlətlərin digər ölkələrin, xüsusilə də müstəqil və suveren siyasət yürüdən ölkələrin daxili işlərinə qarışmaq cəhdi yeni tendensiya deyil.
azxeber.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.
"Yeni olan isə odur ki, bu cəhdlər indiki qədər nümayişkaranə şəkildə olmayıb", - XİN başçısı əlavə edib.
C.Bayramov bunlara səbəb olaraq qeyd edib ki, hər iki ölkənin diqtəyə uyğun siyasət yürütməməsi bunlara gətirib çıxarıb:
"Azərbaycan və Gürcüstan diqtə ilə hərəkət etmir. Müstəqil xarici siyasət yürüdür. Buna görə bizi cəzalandırmaq niyyətindən çıxış edirlər".
Nazir qeyd edib ki, Azərbaycana qarşı qarayaxma kampaniyası COP29 kimi böyük beynəlxalq tədbir kontektində aparıldı.
"Dövlət tərəfindən keçirilən xarici siyasət xalqın maraqlarını əsas götürürsə, xarici təsirlərin heç bir effekti olmayacaq. Azərbaycan və Gürcüstan bir-birinin inkişafında maraqlıdır və sözün yaxşı mənasında biz bir-birimizdən asılıyıq", - C.Bayramov deyib.
Xidmetler [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi