"Xocavənd əməliyyatı"nda şəhid olan kəşfiyyatçıların ailə üzvləri Xankəndiyə səfər ediblər

"Xocavənd əməliyyatı"nda (1997-ci il) şəhid olan kəşfiyyatçıların ailə üzvləri işğaldan azad edilən Xankəndi şəhərinə səfər ediblər.
Bu barədə "Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir.
Onlar şəhərdəki Zəfər Meydanında olublar.
Qeyd edək ki, 1997-ci ilin aprelində Azərbaycan Ordusunun iki kəşfiyyat qrupu o dövrdə işğalda olan Xocavənd istiqamətində düşmən arxasına sızaraq döyüş tapşırığını şərəflə yerinə yetirib. Qruplardan birincisi itkisiz qayıdıb. Digər 8 nəfərdən ibarət qrup isə geri qayıdarkən mühasirəyə düşüb. Azərbaycan kəşfiyyatçıları təslim olmaq haqqında düşmənin tələblərini qəti rədd edib və ağır döyüş başlayıb. Az sayda qrup əsl qəhrəmanlıq nümayiş etdirib, güclü müqavimət göstərib.
Ağır döyüş əsnasında yaralanmış qrup üzvü çavuş Aqil Əhmədovun artıq öldürüldüyünü zənn edən digər 7 nəfər sursatlarının bitdiyini görüb düşmən əlinə keçməmək üçün qrup şəklində bir yerə yığışaraq özlərini əl qumbarası ilə partladaraq şəhidliyə ucalıblar.
Onlar - qrupun komandiri leytenant Elxan Ağayev, qrup üzvləri - leytenant Vüqar Yarəhmədov, çavuşlar - Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadovdur.
Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşləri Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində 6 aydan sonra geri alınıb. Onlar Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub və hər biri ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Ulu Öndər huşsuz vəziyyətdə əsir düşmüş qrup üzvü, Ermənistanın barəsində ölüm hökmü çıxardığı çavuş Aqil Əhmədovu da iki illik əsirlik həyatından xilas edib.
Foto: Firudin Səlimov

Siyasi       Tarix: 12 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam az xeberler futbol xeberleri xeber saytlari xeberler az