Yeni neft savaşı başlandı

Yeni neft savaşı başlandıCOVİD-19 koronavirusu Çində xam neft hasilatının azaldıb və bu səbəbdən Səudiyyə Ərəbistanı neft hasilatı həcmini şağı salmağı planlaşdırırdı. Səudilər hasilat səviyyəsini sutkada 1,5 milyon barrelədək aşağı salmaq istəyirdilər. Özü də 1 milyon barrel OPEK üzvü olan ölkələrin payına düşməli, yerdə qalan 500 min barreli isə OPEK üzvü olmayan ölkələr öz aralarında paylaşmalı idilər.
OPEK-ə qoşulmayan ölkələr arasında Rusiya da var. Və Rusiyada da səudilərin planları ilə razılaşmadı. Rəsmi Moskva bəyan etdi ki, mövcud sutkalıq hasilat səviyyəsini saxlayacaq. Çünki rusiyalıların fikrincə, sutkalıq hasilat səviyyəsi aşağı salınan kimi ABŞ bazara daha çox şist nefti çıxaracaq və beləcə, sutkalıq hasilat səviyyəsi qlobal miqyasda dəyişməyəcək.
Moskvanın belə inadkar davranışı Səudiyyə Ərəbistanını sinirləndirdi və Ər-Riyad sinirlənərək va-banka getdi. Bazar günü Ər-Riyad bəyan etdi ki, aprel ayında sutkalıq hasilat səviyyəsini 10 milyon barrelədək artıracaq. Hazırda Səudiyyədə hasilat sutkada 9,7 milyon barreldir.
Bütün bunların nəticəsində "Brent" markalı neftin 1 barrelinin qiyməti 31,02 dollara, ABŞ-ın ticari neft markası olan "West Texas Intermediate" isə 27,71 dollaradək ucuzlaşdı.
Dünyanın ən iri neft satıcısı olan Səudiyyə Ərəbistanı koronavirus səbəbindən bazarlarda neftə olan tələbatın azaldığı şəraitdə niyə belə aqressiv davranır? Bütün bunlar nə vəd edir?
Yeni neft savaşı başlandıSəudiyyə Ərəbistanı 2016-cı ildən bəri dünya neft bazarında stabilliyi qorumaq üçün əməkdaşlıq etdiyi müttəfiqi olan Rusiyaya zərbə vurmaq fikrindədir.
Səbəb - koronavirus epidemiyası fonunda neftin hasilat və satışlarının əhəmiyyətli dərəcədə azaldılmasına OPEK üzvü olan ölkələrlə bahəm, Rusiyanı da razı salmaq istəyirdi. Rusiya bu planı dəstəkləmədi.
Səudiyyə Ərəbistanı eyni zamanda dünyanın ən böyük neft hasilatçısı və satıcısı qismində mövqelərini də möhkəmlətmək istəyir. Yəni Ər-Riyad tək Rusiya yox, digər neft hasil edən ölkələrdə də açıq və sərt qarşıdurmaya hazır olduğunu vurğulayır.
Rusiyaya gəldikdə isə, Moskva amerikalıların şist nefti hasilatı sektorunu sınağa çəkmək istəyir. Moskva hesab edir ki, neft hasilatı kvotaları yenə aşağı salınarsa, bu, ABŞ-ı dünyanın ən iri neft hasilatçılarından birinə döndərən şist nefti hasilatı sektoruna əsl hədiyyə olacaq, amerikalılara yeni satış bazarlarına çıxış imkanları yaradacaq.
Bundan başqa, ABŞ-ın Rusiyanın energetika şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar, habelə "Şimal axını-2" layihəsini başa vurmağa mane olmağa çalışması Kremli sinirləndirib.
ABŞ-ın şist nefti hasilatı seqmenti son 10 ildə inkişaf etsə də, gəlirli səviyyədə qalma üçün xeyli səylər göstərməlidir. Rusiya da məhz indi həmin seqmentə ağır zərbə vurmaq fikrindədir.
Aprelin 1-dən etibarən isə hasilatla bağlı məhdudiyyətlərə bütün ölkələr əməl etməyə bilər.
Məhz bu bəyanatdan sonra dünya birjalarında xam neftin səviyyəsi son 29 ildə ən aşağı səviyyəyə düşdü. Daha sonra bütün təbii ehtiyatlar və enerjidaşıyıcıların, axırda da birja indekslərinin çöküntüsü yaşandı.
Yeni neft savaşı başlandıŞübhəsiz ki, neftin belə ucuzlaşması istisnasız olaraq bütün ölkələrə təsir edəcək. Sosial şəbəkələrin Azərbaycan seqmentində "məşhər ssenari"ləridən bəhs edənlər, "ölkə iqtisadiyyatını çox ağır günlər gözləyir" yazanlar isə həmişəki kimi, olayları öz xeyirlərinə, məqsəd və mənfəətlərinə uyğun olaraq yanlış təqdim etməyə çalışırlar.
Gerçək isə odur ki, dünya bazarlarında xam neftin bir barrelinin qiyməti hətta bundan sonra da azalaraq 25 dollar səviyyəsinə düşərsə, ölkənin valyuta ehtiyatlarının və gəlirlərinin azalması cəmi 5 il əvvəlki dövrlə müqayisədə daha az olacaq. Çox sadə desək, hadisələrin ən pis inkişaf variantında belə, Azərbaycan sadəcə, son ildə Dövlət Neft Fonduna yatırdığı vəsaiti çıxarıb xərcləyəcək, vəssəlam.
O vaxtadək, Qoca Şərqdə deyilmişkən, "ya şah ölər, ya eşşək".
Yəni:
a) ya şist nefti hasilatçılarının imkanları tükənəcək. Çünki ABŞ-dakı şist nefti hasilatı çox kapital qoyuluşu tələb edir və borcların ödənməsi bazarlarda neftin yüksək, özü də stabil qiymətlərinə hesablanıb. Reallıq budur ki, hətta son şok ucuzlaşmadan sonra Birləşmiş Ştatlardakı şist nefti hasilatçılarının vəziyyəti ürəkçan deyil. Səbəb: hətta ən yaxşı şist nefti quyularının zərərsiz işləməsi üçün 1 barrelin satış qiyməti 60 dollar olmalıdır.
b) ya ərəblər sakitləşəcəklər. Səudiyyə Ərəbistanı çox böyük maliyyə imkanlarına malik olsa da, iqtisadiyyatındakı vəziyyəti gərgindir. Səudilərin dövlət büdcəsi dünya bazarlarında neftin 1 barrelinin təqribən 80 dollardan satış qiymətinə hesablanıb. Barrelin 40 dollardan satılması belə, Səudiyyə Ərəbistanını dövlət büdcəsində ildə 100 milyard dollarlıq kəsir yaradır.
Səudilərin valyuta ehtiyatlarının təxminən 500 milyard dollar olduğunu nəzərə alsaq, həmin pullar ən uzağı 3-4 ilə çatacaq. Bəhs etdiyimiz səbəbdən rəsmi Ər-Riyadın reaksiyası daha tez olacaq.
Neftin ucuzlaşması, ilk baxışdan nə qədər paradoksal təsir bağışlasa da, Azərbaycan iqtisadiyyatına xeyirlidir. Manatın ABŞ dollarına və avroya olan kursunun aşağı düşməsi yerli istehsalçıların anbarlardakı məhsullarını çox qısa müddətdə satmalarına səbəb yaradacaq.
Yeni neft savaşı başlandıVəziyyət 35 il əvvəl yaşananları xatırladır. O zaman, 1980-ci illərin ortalarında OPEK karteli - daha doğrusu, ilk növbədə Səudiyyə Ərəbistanı - bazarın tənzimlənməsinə çalışaraq sutkalıq hasilat səviyyəsini aşağı salmışdılar. Sözün əsl mənasında epik mənzərə idi: OPEK-in hasilat həcmini məhdudlaşdıraraq yüksək qiymətləri saxlamaq cəhdlərinə rəğmən "Dubai" sortlu neftin bir barreli 1980-ci ildəki 36 dollardan 1984-cü ildə 28 dollara düşdü. Səudiyyə Ərəbistanının sutkalıq hasilat səviyyəsi isə 3 dəfə azaldı. Sonucda səudilər bezdilər və dedilər ki, hasilat kvotalarını məhdudlaşdırmaqdan əl çəkirlər. Nəticədə dünya bazarlarında neftin 1 barrelinin qiyməti cəmi yarım ildə 30 dollardan 10 dollara düşdü. İraqın Küveyti işğal etdiyi dönəm istisna olmaqla, 2000-ci illərin əvvəllərinədək neft qiymətləri 10-20 dollar arasında qalmışdı.
ABŞ indi Federal Ehtiyat Sisteminin stavkalarını azaltmaqla neftin qiymətinin ucuzlaşmasını dayandırmağa çalışır. Stavkalar artıq 0,5 faiz (!) azalıb.
Elçin Alıoğlu
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 10 mart 2020
f Paylaş

Oxşar xəbərlər

TuranBank beynəlxalq fonddan maliyyə vəsaiti cəlb etdi

Fəaliyyətində gender bərabərliyi prinsiplərini və qadınların maliyyə imkanlarının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edən TuranBank ASC beynəlxalq tərəfdaşlarla əməkdaşlığını uğurla davam etdirir

Park Yasamal'da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir

Son illərdə Bakıda mənzil bazarındaalıcıların seçim meyarları dəyişir. Əvvəllər əsas diqqət yalnız mənzilin qiymətinəvə yerləşməsinə yönəlirdisə, bu gün alıcılar yaşadıqları mühitə, yaşıllıq sahələrinə,təhlükəsizliyə və komplek

Günay Cəlilova AmCham Azərbaycanın İdarə Heyətinin üzvü seçildi

17 iyun 2026-cı il tarixində Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) İllik Ümumi Yığıncağında təşkilatın yeni rəhbər heyəti formalaşıb. xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, Yelo Bank-ın İdar

Bank Respublika "Ümumdünya Qan Donoru Günü" ərəfəsində qanvermə aksiyası keçirdi - FOTOLAR

Bəzən bir neçə dəqiqə vaxt ayırmaq kiminsə həyatına ümid olmaq üçün kifayətdir. "14 iyun - Ümumdünya Qan Donoru Günü" ərəfəsində Bank Respublika əməkdaşları növbəti dəfə belə bir məqsəd naminə bir araya gələrə

Pensiyasını dəyişmək istəyənlərə VACİB XƏBƏR

Pensiyanın hər üç növü - yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiyalar üzrə sığorta göstəricilərinə əsaslanan ayrıca hesablanma qaydaları mövcuddur. Eyni zamanda, vətəndaşın bu pensiya növlərindən bi

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyər

Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu

Bank Respublika növbəti sosial mükafata layiq görüldü. Korporativ sosial məsuliyyət istiqamətində həyata keçirdiyi çoxsaylı təşəbbüslərlə cəmiyyətə dəyər yaratmağa davam edən Bank Respublika növbəti dəfə təltifə layiq görülüb

TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib

TuranBank ASC-nin İdarə Heyətinin Sədri Orxan Qarayev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan mühüm panel müzakirəsində spiker qismində çıxış edib. Belə ki

TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi

Təhsilin İnkişafı Fondu, Kapital Bank və Mastercard-ın əməkdaşlığı ilə həyata keçirilən TəhsilPlus layihəsinin ilk kütləvi təqdimatı Gəncə-Daşkəsən regionunda baş tutub. Gəncə Dövlət Universitetində və Gəncə-Daşkəsən Regiona


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal bugun cəbhədən yeni xəbərlər şou biznes xəbərləri valyuta mezenesi