Yeni pandemiyaya səbəb olacaq virus QRİPDİR - Alimlərdən ŞOK NƏTİCƏ
Alimlər növbəti pandemiyaya hansı virusun səbəb olacağını açıqlayıblar.
KONKRET.az xəbər verir ki, beynəlxalq araşdırmada sorğuya qatılan alimlərin 57%-i yeni pandemiyanın ən çox ehtimal olunan səbəbinin qrip virusu olacağına inanır. Digər 21% isə "X xəstəliyi" səbəbindən yeni bir epidemiyanın baş verəcəyi qənaətindədir.
Sorğuda ümumilikdə 187 mütəxəssis iştirak edib. Nəticələr gələn həftəsonu Barselonada Avropa Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Cəmiyyətinin (ESCMID) konqresində təqdim olunacaq.
Köln Universitetinin tədqiqatçısı Con Salmanton-Qarsianın sözlərinə görə, qripin dünyanın ən böyük pandemiya təhlükəsi olması onun daim mutasiyaya uğradığını göstərən uzunmüddətli araşdırmalara əsaslanır.
"Qrip hər qış görünür. Bu epidemiyaları kiçik pandemiyalar adlandırmaq olar. Lakin bu, həmişəlik belə olmayacaq", – Con Salmanton-Qarsia bildirib.
Tədqiqat iştirakçılarının 21%-nin fikrincə, pandemiyanın digər ən çox ehtimal olunan səbəbi "X xəstəliyi" olacaq. Onlar inanırlar ki, növbəti epidemiya, COVID-19 pandemiyasına səbəb olan Sars-CoV-2 virusunda olduğu kimi, birdən-birə yaranacaq və hələ müəyyən edilməmiş mikroorqanizmlə bağlı olacaq.
Burhan,
KONKRET.az

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var