2019-cu ildə Rusiya ilə yükdaşımaların həcmi 30 faizdən çox artıb

2019-cu ildə Rusiya ilə yükdaşımaların həcmi 30 faizdən çox artıb"Azərbaycan Dəmir Yolları" QSC-də Rusiya Federasiyasının Rostov vilayətinin İqtisadi inkişaf naziri Maksim Papuşenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Rusiya ilə dəmir yolu sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Görüşdə Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlərdən də söhbət açılıb. Cavid Qurbanov ölkələrimiz arasında nəqliyyat və tranzit sahəsində əməkdaşlıq imkanlarının geniş olduğunu deyib. 2019-cu ildə Rusiya ilə yükdaşımaların həcmində 30 faizdən çox artımın qeydə alındığını diqqətə çatdırıb.
Azərbaycan və Rusiya arasında dəmir yolları ilə 2019-cu ildə 6 mln 240 min ton, 2018-ci ildə 4 mln 744 min ton, 2017-ci ildə isə 4 mln 774 min ton yük daşınıb. Beləliklə, 2019-cu ildə iki ölkə arasında yük mübadiləsi 2018-ci illə müqayisədə 31,5%, 2017-ci illə müqayisədə isə 30,7% artıb.
Cavid Qurbanov ölkəmizin əlverişli coğrafi mövqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsinin təmin edilməsi, dəmir yolu infrastrukturunun yenidənqurulması istiqamətində görülən kompleks tədbirlər haqqında da məlumat verib.
Maksim Papuşenko Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin hər iki ölkənin tranzit potensialının artırılmasında mühüm rolunu qeyd edib. Vilayətin iqtisadi imkanlarından söhbət açan nazir beynəlxalq nəqliyyat marşrutları vasitəsilə idxal, ixrac və tranzit yüklərin daşınmasında maraqlı olduqlarını vurğulayıb.
Görüşdə Rusiyanın Rostov şəhərində yerləşən "Cənub Universiteti (İdarəetmə, biznes və hüquq İnstitutu)"-nun rektoru, professor İmran Əkbərov humanitar sahədə əməkdaşlıq məsələlərindən danışıb.
Sonra tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Milli.Az  /news.milli.az

İqtisadiyyat       Tarix: 08 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal xeberler xeberler bu gun qurban bayrami 2026 metbuat