2021-ci ilin ortalarına qədər COVID-ə qarşı kütləvi vaksin ehtimalı azdır
Ümumdünya Səhiyyə Təşkilatı COVID-ə qarşı təhlükəsiz, effektiv vaksinin geniş istifadəsinin gələn ilin ortalarından əvvəl mümkün olması ehtimalının az olduğunu bildirib.
Səhiyyə rəsmiləri insanları gözləntiləri azaltmağa çağıraraq, təhlükəsiz və effektiv vaksinin hazırlanmasının vaxt tələb etdiyini və bunun tələsik edilməməli olduğunu deyiblər. Ümumdünya Səhiyyə Təşkilatı hazırda bu istiqamətdə böyük irəliləyişin olduğunu bildirir. Təşkilat altıdan doqquza qədər vaksinin üçüncü mərhələdə sınaqlarına başlanıldığını qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Marqaret Harrisin bildirdiyinə görə, bu olduqca diqqətlə hazırlanmış sınaqlarda minlərlə insan iştirak edir. Onun sözlərinə görə, vaksinin təhlükəsiz olduğu sübut edilməli və ictimaiyyət arasında istifadəsi üçün təsdiqlənmədən əvvəl sınaqlarda iştirak edən insanların azı 50 faizi arasında qorunmanı təmin etdiyi nümayiş etdirilməlidir.
ABŞ-ın Milli Səhiyyə İnstitutları və Moderna şirkətinin birgə hazırladığı COVID-19-a qarşı vaksin könüllü üzərində sınaqdan keçirilir.
ABŞ-ın Milli Səhiyyə İnstitutları və Moderna şirkətinin birgə hazırladığı COVID-19-a qarşı vaksin könüllü üzərində sınaqdan keçirilir.
Harris bildirib ki, vaksinin təhlükəsiz olduğuna tədqiqatların bütün mərhələlərində nəzarət edilməlidir və bu, uzun bir prosesdir.
"Yaxşı xəbər odur ki, istehsalçılar artıq bunlardan hansının vaksin olacağını müəyyənləşdirməyə çalışır. Onların hamısı vaksinlərdən hansının tətbiq ediləcəyini bildiyimiz zaman vaksin istehsalının necə genişləndirilməsi üzərində işləyir. Amma real vaxta gəldikdə, biz gələn ilin ortalarına qədər vaksinin genş istifadə ediləcəyinin mümkünlüyünü gözləmirik" - deyə, o bildirib.
O, Amerikanın Səsinə Ümumdünya Səhiyyə Təşkilatının hökumətlərə vaksinin təcili hallarda, ya da ümumi istifadəsi üçün nə zaman hazır olduğunu demədiyini bildirib. Onun sözlərinə görə, bu, ölkələrin özlərinin verməli olduğu qərardır. Bununla belə o, pandemiya üzərində yaxın zamanda qələbə çalacaq vaksin ehtimalı ilə bağlı ümidlərin artırılmasına qarşı xəbərdarlıq edib.
Harris Ümumdünya Səhiyyə Təşkilatının bütün ölkələrin vaksin axtarışında birlikdə işləməli olduğuna inandığını bildirib.
Harris həmçinin vaksinin vacib olmaqla yanaşı, həm də dünyanın bütün yerlərində bərabər təmin edilməli olduğunu deyib. "Hamı qorunmasa qədər, heç kəs qorunmayacaq" - deyə, o əlavə edib.
Milli.Az /news.milli.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar