5 dəqiqə ərzində yuxuya getməyin yolunu bilirsiz? - QAYDALAR
Sağlam yuxu həyatımızın əsas elementlərindən biridir. Lakin hər birimiz nə vaxtsa rahat yuxuya getməyimizə mane olan çətinliklərlə üzləşmişik.
KONKRET.az "The Mirror" nəşrinə istinadla xəbər verir ki, həkim-nevropatoloq Arin Söhrab-Şirazi asan yuxuya getməyin yollarını açıqlayıb.
Hər birimiz yorğun olduğunuzda və yatağa girməyi səbirsizliklə gözlədikdə, sonra isə yuxuya getməyi bacarmamağın nə qədər narahatlıq doğurduğunu bilirik.
Bəs, beş dəqiqə ərzində necə yuxuya getmək olar?
Nevropatoloq uzandıqdan sonra beş dəqiqə ərzində yuxuya getmək üçün bu hərəkətləri yerinə yetirməyi tövsiyyə edir:
1. Yavaş-yavaş çarpayıda oturun və ya uzanın, bədəninizdəki hər bir əzələ rahatlaşsın.
2. Üzünüzdən başlayın: əvvəlcə hər bir əzələni gərginləşdirin, sonra sərbəst buraxın.
3. Çiyinlərinizi gərginləşdirmədən aşağı salın.
4. Nəfəs alın, sinənizi rahatladın. Ayaqlarınızı, budlarınızı və baldırlar əzələlərinizi yüngülcə hərəkətə gətirin.
5. Bədəniniz tamamilə azad olana qədər bu məşqi təkrarlayın. Bütün fikirləri başınızdan çıxarın.
Fikriniz tamamilə aydın olduqda, özünüzü rahat bir vəziyyətdə təsəvvür edin.
Misal üçün:
– Günəşli bir gündə eyvanda oturub sakit dənizə baxırsınız;
– Qaranlıq otaqda yellənən kresloda irəli-geri yellənirsiniz;
– Hovuzda arxası üstə üzürsünüz;
– Şəxsən sizə uyğun gələn hər hansı digər vəziyyəti də təsəvvür edə bilərsiniz.
Əgər bu dərhal nəticə vermirsə, o zaman özünüzü hər hansı düşüncələrdən yayındırmağa çalışın. Bu qısa müddətdə yuxuya getməyə yardım edəcək.
Yatmağınıza kömək edəcək digər məsləhətlər
Əvvəlki məsləhətlərə əlavə olaraq, sağlam yuxu üçün rejimə riayət etmək və müntəzəm idmanla məşğul olmaq vacibdir. Rejim inanılmaz dərəcədə vacibdir, çünki o, bədəninizə yuxu da daxil olmaqla nə və nə vaxt etməli olduğunuzu xatırladır.
Otağı havalandırmaq həm də yatmağa hazırlaşmağınıza kömək edəcək. Gündəlik işinizə sizə uyğun fəaliyyətləri (məsələn, isti vanna qəbul etmək, audiokitabı dinləmək və ya sevdiyiniz mahnılara qulaq asmaq) daxil edin və telefon, televizor qarşısında az vaxt keçirin. Əgər müntəzəm məşq üçün vaxt ayıra bilmirsinizsə, yüngül gimnastik hərəkətlər edin.
Bütün bunlar daha rahat hiss etmənizə və asanlıqla yuxuya getməyinizə yardım edəcək.

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto