Akademik: "Yeni meymunçiçəyi virusu tənəffüs yolu ilə keçə bilər"
"Çində aşkar edilən mutasiyaya uğramış meymunçiçəyi virusu tənəffüs sistemi vasitəsilə ötürülə bilər".
KONKRET.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Elmlər Akademiyasının (RAA) akademiki Sergey Netesov məlumat verib.
O qeyd edib ki, Afrikada meymunçiçəyi xəstəliyinin iki növü var: Mərkəzi Afrika və Qərbi Afrika. Viroloqun sözlərinə görə, Mərkəzi Afrika çeşidi virusun gəldiyi Konqo üçün xarakterikdir.
"Virusun tənəffüs yolu ilə ötürülməsində artım var. Virusun müəyyən edilmiş variantı, xüsusən də Çin kimi sıx məskunlaşan ölkədə təkamül etməyə davam edə bilər", deyə Netesov bildirib.
Alim eyni zamanda əlavə edib ki, Çin lazımi miqdarda peyvənd ehtiyatına malik mütəşəkkil ölkədir:
"99% əminəm ki, vəziyyət inkişaf etməyə başlasa, onlar peyvənd etməyə başlayacaqlar"
Qeyd edək ki, ötən gün Azərbaycanda meymunçiçəyi xəstəliyinə ilk yoluxma halının aşkarlanıb. Məlum olub ki, bu il yanvarın 2-dən 11-dək həmin şəxs xaricə turist səfərində olub. Qayıdandan sonra halsızlıq, yüksək hərarət, cinsiyyət nahiyəsində qabarcıqlı səpgilər, həmçinin limfa düyünlərinin böyüməsi və əzələ ağrılarından şikayət edərək Bakıdakı klinikaya müraciət edib./qaynarinfo

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü