Alimlər bal arısı zəhərinin xərçəng hüceyrələrini məhv etdiyi müəyyən etdilər
Harri Perkins İnstitutunun və Qərbi Avstraliya Universitetinin alimləri müəyyən ediblər ki, bal arılarının zəhərində olan melittin peptidi xərçəng hüceyrələrini məhv edə bilər.
KONKRET.az xəbər verir ki, araşdırmanın nəticələri "NPJ Nature Precision Oncology" jurnalında dərc edilib.
Alimlər Pert (Qərbi Avstraliya), İrlandiya və İngiltərədən olan 312 bal arısı və eşşəkarısının zəhərini tədqiq edərkən melittinin unikal antikanserogen xüsusiyyətlərini aşkar ediblər.
Bu peptidi süd vəzi xərçəngi olan siçanlara yeritdikdən sonra araşdırmaçılar onun son dərəcə güclü olduğunu aşkar ediblər – melittin xərçəng hüceyrələrinin membranlarını cəmi 60 dəqiqə ərzində yox edə bilir.
Yeridildikdən 20 dəqiqə sonra melittin xərçəng hüceyrələrinin böyüməsi və bölünməsi üçün gərəkli kimyəvi siqnalları basdırmaq qabiliyyətini nümayiş etdirib.
Elm adamları həmçinin müəyyən ediblər ki, melittin kiçik molekullar və ya dosetaksel kimi kimyaterapiya dərmanları ilə birlikdə süd vəzinin aqressiv formalarının müalicəsində effektiv ola bilər. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, melittin və dosetakselin birləşməsi şişlərin böyüməsini əhəmiyyətli dərəcədə yavaşladır. (report)
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…