Ata olmaq niyə çətinləşib? - Kişi sonsuzluğu ilə bağlı MÜSAHİBƏ

Ata olmaq niyə çətinləşib? - Kişi sonsuzluğu ilə bağlı MÜSAHİBƏUşaq qığıltısı ailələrin bəzəyidir. Amma bəzən bu qığıltını eşitmək asan olmur. Cütlüklər nə qədər istəsələr də, hər çarəyə baş vursalar da, körpə səsinə, körpə gülüşünə həsrət qalırlar. Bir çox hallarda qadınlar "günahlandırılsalar" da, kişilərdə də sonsuzluq hallarına çox rast gəlinir. 
Milli.Az Modern.az-a istinadən bildirir ki, androloq Namiq İsmayılov kişi sonsuzluğunun qadın sonsuzluğuna nisbətən daha çox yayıldığını deyir. 
Kişi sonsuzluğu qadın sonsuzluğundan çoxdur!
"Mən deyərdim ki, süni mayalanma üçün müraciət edən hər 10 cütlükdən 8-9-da problem kişilərdən, sperma ilə bağlı problemlərdən qaynaqlanır. Bu gün cəmiyyətdə qadının üzərinə daha çox yüklənirlər. Halbuki, kişi sonsuzluğu daha çox yayılıb. Amma bir məsələ də var ki, qadın problemi daha çətin həll olunur. Kişidə toxum yoxdursa, azdırsa, bir dənə də olsa, onu tapıb mayalandırmaq mümkündür. Amma qadında turbalıqlar götürülübsə, yumurtalıq yoxdursa, bu zaman nə etmək olar ki?".
İsti yerlərdə işləyən kişilərin sperma göstəriciləri aşağı olur?!
Bəs görəsən, kişi sonsuzluğu nədir? - "Bir il mütəmadi cinsi əlaqə yaşayan kişinin uşağı olmursa və problem kişidən qaynaqlanırsa, bu, kişi sonsuzluğudur. Sonsuzluq diqnozu qoymaq üçün ilk olaraq spermoqramma aparılır. Sperma iki üsulla yoxlanır. Öncəliklə toxumun konsentrasiyası, sayı, sürətli spermatazoidlərin faizi aşkarlanır. Kryuger üsulu ilə spermoqrammada isə neçə faizinin yaralı, neçə faizinin yararsız olduğu, yəni toxumun morfoloji yararlılığı aydınlaşdırılır. Spermoqramma 2-3 günlük cinsi pəhrizdən sonra aparılır. Bu müayinəyə gəlməzdən öncə kişilər buxar hamamına, saunaya getməsələr, spirtli içkidən, siqaretdən, radiasiyadan uzaq olsalar, yaxşı olar. Çünki bu amillər spermanın göstəricilərinə təsir göstərir və düzgün olmayan nəticələr əldə oluna bilər. Həmçinin spermoqramma müayinəsindən öncə stressdən də uzaq olmaq lazımdır. Əgər kişi stressli bir dönəm yaşayırsa, bu zaman analizləri təxirə salsın. Ola bilər ki, yolda gələndə kiminləsə sözü çəp düşür, əsəbləşir, bu da spermaya təsir göstərir, cavablarda  sperma sıfır belə ola bilər. Və ya gedib buxar vannası qəbul edib, səhəri gəlib analiz verir, bu da spermaya təsir edir. Göstəricilər çox aşağı olur. Ümumiyyətlə, kişinin hansı işdə işləməsinin də sperma göstəricilərinə təsiri böyükdür. Məsələn, çörəkbişirmə sexində işləyən, saunada massajist işləyən insanlarda toxum zəif olur. Çünki isti mühitdə çalışırlar. Temperaturun 2-3 dərəcə qalxmağı belə spermatogenezi pozur".
Vaxtında diaqnoz qoyulmazsa...
Namiq İsmayılov kişi sonsuzluğunun səbəbləri arasında ilk növbədə damar genişlənməsinin olduğunu söyləyir:
"Kişi spermasına ən böyük zərbə vuran amillərdən biri damar genişlənməsidir. 99 faiz hallarda bu, sol tərəfdə olur. Çünki kişi cinsiyyət orqanı venoz baxımından simmetrik deyil. Sol tərəfdə xayadan qalxan venalar qanı birbaşa böyrək venasına verdiyinə görə, orada təzyiq yuxarı olur və qanı geri qaytarır, bu zaman xayada sperma istehsal edən hüceyrələrdə daim oksigen çatışmazlığı olur. Bunu skratal doppler müayinəsində aşkar edirik. Xəstəni ayaq üstə və oturaq vəziyyətdə gücəndiririk. Bu zaman qanın geri atması reflüks adlanır. Qanın neçə saniyəyə geri atılmasına baxırıq. 2 və 3-cü dərəcəli reflükslər varsa, 2-3-cü varikoz genişlənmələr var, məsləhət olunur ki, elə insanlar əməliyyat olsunlar. Ümumiyyətlə, son vaxtlarda damar genişlənməsi çox yayılıb. Son bir neçə ayda 20-30 yeniyetmə oğlanı bu diaqnozla əməliyyat etmişik. Damar genişlənməsi nə qədər tez aşkarlanarsa, o qədər effekt əldə etmək olar. Çünki 2 və 3-cü dərəcəli damar genişlənmələri xayanın inkişafını dayandıra, toxumu sıfıra endirə bilər, onu isə sonra demək olar ki, bərpa etmək olmur".
Fast-fud qidalar sonsuzluq yaradır!
Uroloq-androloq kişi sonsuzluğuna səbəb olan ikinci ən böyük amil kimi infeksion xəstəlikləri göstərir:
"Xüsusən də çoxpartnyorluluq, müxtəlif infeksiyalara yoluxma da kişilərin ata olmaq şansını azaldır. Üçüncü yerdə hormonal faktorlardır. Prolaktinin yüksək olması, testesteronun aşağı düşməsi, TSH, T4, tiroid vəzinin problemləri də spermatogenizi zəiflədə bilər. Metabolik sindromlar, qidada həddən artıq şəkərdən, hidrokarbonatlardan istifadə də testesteronun miqdarını azaldır. Digər bir səbəb isə düzgün olmayan həyat tərzi, oturaq mühit, idmanla məşğul olmamaq, zərərli vərdişlər, düzgün olmayan qidalanma, artıq çəki, yuxusuzluq və sairdir. Günü-gündən açılan fast-fudlar birbaşa təsir edir. Özü də tək kişilərə yox, elə qadınlara da mənfi təsir edir. Fast-fudla yanaşı, qazlı içkilər də sağlamlığın düşmənidir və hər iki cinsdə nəsilartırma qabiliyyətini zəiflədir. Bir də görürsən, gənc bir xanım 5-6 yaşlı uşaqlarını götürüb aparır fast-fud yedizdirməyə. Bu uşaqların gələcək sağlamlığını  düşünmək dəhşətlidir.  Ümumiyyətlə, normal qidalarda belə keyfiyyət o qədər aşağı düşüb ki... Hələ mən istifadə etdiyimiz yağların keyfiyyətindən heç danışmaq istəmirəm. Şəkər də bizim düşmənizmidir. Qəndi, ümumiyyətlə, rasiondan çıxarmaq lazımdır. Ən yaxşı halda baldan istifadə etmək olar. Amma onu da həddən çox qəbul etmək düzgün deyil. Yaxşı olar ki, kişilər, ümumiyyətlə cinsindən asılı olmayaraq bütün gənclərimiz qış aylarında D vitamini qəbul etsinlər".
"Svinka" sonsuzluğa səbəb olur!
Uroloq-androloq sonsuzluq səbəbləri arsında uşaq vaxtı edilməyən peyvəndləri və nəticədə keçirilən xəstəliklərin fəsadını da bildirir:
"Uşaq vaxtı keçirilən Parotit A xəstəliyi sonsuzluğa səbəb olan çox ciddi bir xəstəlikdir. El arasında bu xəstəliyə "svinka" və ya "qulaqdibi" də deyirik. 1,5 və 6 yaşlı uşaqlar bu xəstəliyə qarşı peyvənd olmalıdırlar. Amma bugün sonsuzluqla bağlı müraciətləri araşdıranda bəzən görürük ki, uşaq vaxtı peyvənd olunmayıb, "svinka" xəstəliyini keçirib və bu gün də nəticə göz önündədir. Çünki bu xəstəlik birbaşa xayalara vurur. Həmçinin "svinka" qədər olmasa da, uşaq vaxtı keçirilən digər xəstəliklər də önəmlidir. Ona görə peyvəndlərə barmaqarası baxmaq olmaz".
"Qaragünlü" olmaq da sonsuzluğa təsir edir...
Hansı xəstəliyi, hansı problemi qaldırırsan, altından stress çıxır. Heç ola bilər ki, sonsuzluğa səbəb olan amillər arasında stress olmasın?
"Stressin olması bədənə kortizol ifrazını artırır, bu da öz növbəsində testesteronun miqdarını azaldır. Nəticədə, mayalandırma qabiliyyətinin aşağı düşməsi ilə sonlanır. Problem içində yaşayan insanlar var ki, el arasında onlara "qaragünlü" də deyirik. Onlarda xoşbəxtlik hormonu ifraz olunmur, maddələr mübadiləsi getmir, belə insanlarda qocalma da sürətli baş verir. Təbii ki, onlarda sperma göstəriciləri də aşağı olur. Müxtəlif texnologiya nümunələri, hətta bəh-bəhlə istifadə etdiyimiz "wi-fi" belə spermanın keyfiyyətinə təsir edən amillərdəndir".
Bu kişilər ata ola bilməzlər!
Namiq İsmayılov bir çox hallarda kişi sonsuzluğunu aradan qaldırmağın, süni mayalanma yolu ilə olsa belə, onları övlad sahibi etməyin mümkün olduğunu deyir. Amma elə hallar var ki, orada bütün çarələr tükənmiş olur...
"Xayaların hipoplaziyası zamanı artıq heç bir çarə qalmır. Hipoplaziya bir və ya hər iki xayanın inkişafdan qalmasıdır. Normada xayaların həcmi 10 kubdan yuxarı olmalıdır. Hipoplaziya zamanı isə, onlar inkişaf etmir. Ona görə də yeniyetmə oğlan uşaqları daim androloq nəzarətində olmalıdırlar ki, xayaların inkişfında hər hansı problem varsa, vaxtında aradan qaldırılsın.  Bəzən həkimlər olur ki, heç bir şansı olmasa da, belə kişiləri əməliyyat edirlər. Onların həm ümidlərini, həm pullarını alırlar. Ümumiyyətlə, cinsi orqan əyri də olsa, prostarit də olsa, yenə də bu hallarda ümid var, toxum götürüb süni mayalandırma etmək olar. Əsas amil odur ki, toxum olsun. Bəzən də xayanın həcmi normaldır, amma orada toxum yoxdur. Bu, azoosperimiya adlanır. Bu zaman isə süni yolla toxum alırıq".
Qadında cəmi 500, kişilərdə milyonlarla...
Yaş amili qadınlarda ana olmaq şansını azaltsa da, Namiq İsmayılov kişilərdə belə bir problem olmadığını deyir:
"Düzdür, yaş artdıqca, kişilərdə testesteronun miqdarı azalır, bu da toxumun sintezinə mənfi təsir edir. Amma 70-80 yaşlı kişilərin də uşağının olması normal haldırsa, demək ki, yaş amili o qədər də önəmli deyil. Amma qadınlarda vəziyyət fərqlidir, onlarda folikulların sayı məhduddur. Yetkinlik yaşına çatmış bir qadın klimaks dövrünə qədər təxminən 500 dəfə menstruasl sikl keçirir. 500 ovulyasiya baş verir. Daha sonra isə onun yumurtahüceyrə rezervuarı bitir və mayalandırma qabiliyyəti yox olur. Bəzən də polikistoz hallarında bir menstrual sikldə 1 əvəzinə 10-15 folikul xaric oluna bilər. Bu da yumurta rezervuarını azalda bilər. Kişilərdə isə spermanı saymaq mümkün deyil, onlar milyonlarladır".
Milli.Az /news.milli.az

Sağlamlıq     Baxılıb: 611   Tarix: 01 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Məşhur firmanın kremləri geri çağırılır - Kanserogen maddə tapıldı

On minlərlə məşhur gözəllik kremi kimyəvi tərkibinə görə geri çağırılıb. xəbər verir ki, dünyaca məşhur, 20 milyondan çox istifadəçisi olan "Proactiv" maddəsinə aid olan kosmetika məhsulunda kanserogen maddə aşkarlanıb

İnsanlar yeni tikililərdə niyə daha çox xəstələnirlər?

"Yeni tikililərdə xəstəliklərin artması müasir tikinti və bəzək materiallarından yaranan kimyəvi maddələrin kompleks təsiri ilə əlaqəli ola bilər". KONKRET.azxəbər verir ki, bunu -ya kimyaçı Andrey Doroxov deyib

Qan azlığının əlamətləri ilə bağlı VACİB XƏBƏR

Qan azlığı bədəndə toxumalara oksigen daşıyacaq qədər sağlam qırmızı qan hüceyrələrinin olmaması və ya qanda hemoglobin adlı proteinin normaldan aşağı olması nəticəsində ortaya çıxır. KONKRET. -a istinadən bildirir ki, qa

Mədə yanğısından əziyyət çəkənlərə MÜJDƏ - Dərmana pul xərcləməyəcəksiniz

Mədə yanğısı günün istənilən anında qəfil ortaya çıxaraq narahatlığa səbəb ola bilər. Lakin Amerikalı gastroenteroloq Cosef Salhab bu narahatlığı cəmi bir neçə dəqiqə ərzində, üstəlik dərman istifadə etmədən aradan qaldırmağı

Bu qoz bağırsaq xərçəngindən qoruyur

Konnektikut Universitetinin amerikalı alimləri qozda güclü xərçəng əleyhinə xüsusiyyət və maddə aşkar ediblər.   -a istinadla xəbər verir ki, bu məhsulun müntəzəm istifadəsi orqanizmdə iltihabi prosesləri yatırdığı və kolo

"Bu, insan həyatı üçün təhlükədir" - Həkimdən XƏBƏRDARLIQ

"Havada rütubət və temperaturun dəyişməsi insan orqanizminə müxtəlif təsirlər göstərir. İnsan bədənində ağciyərlərdən sonra ikinci dərəcəli tənəffüs sistemi dəri hesab olunur. Dəri oksigenin udulmasında iştirak edi

Qızardılmış kartofu əsla bu qidalarla yeməyin: mədənin "evini yıxır"

Qızardılmış kartof – populyarlığına baxmayaraq, həzm üçün ən ağır yeməklərdən biridir. Əlbəttə ki, qızardılmış kartof çox dadlıdır, amma onu tez-tez yemək məsləhət görülmür. O, yalnız həzm sistemini yükləmir, eyni zamand

Ekspert "həyəcan təbili çaldı": "Pəhriz zamanı bu qidalardan uzaq durun, əks halda..."

Artıq çəkidən azad olmaq üçün ən yaxşı vasitələrdən biri də pəhrizdir. Əsas prinsip kalori qəbuluna nəzarətdir. Bu nəzarət düzgün edildikdə artıq çəkidən azad olmaq mümkündür. Lakin bunun üçün sağlam qidalanma həyat tərzin

Meyvə-tərəvəz zəhərlənmələrindən necə qorunmaq olar? - VACİB TÖVSİYƏ

Vaxtından əvvəl satışa çıxarılan meyvə və tərəvəz məhsullarından zəhərlənmə hallarına tez-tez rast gəlirik. Çünki həmin məhsullar xüsusi parniklərdə yetişdirilir. Onlara bir çox hallarda normadan daha artıq gübrə, dərma


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber 2025 idman xeberleri krminal bu gun xəbər