Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir

Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirirİqlim dəyişikliyi hər bir qitədəki hər bir ölkəyə təsir edir. Bu, milli iqtisadiyyatları pozur və həyatlara təsir edir, insanlar, cəmiyyətlər və ölkələrə bu gün və hətta gələcəkdə  baha başa gəlir. İnsanlar iqlim dəyişikliyinin, o cümlədən dəyişən hava şəraitinin, dəniz səviyyəsinin qalxmasının və daha ekstremal hava hadisələrininin təsirlərinə məruz qalırlar.
Azərbaycan dövləti ekologiyanın mühafizəsi, biomüxtəlifliyin qorunması, iqlim dəyişikliyi ilə mübarizə müstəvisində məqsədyönlü işlər həyata keçirir. Hal-hazırda ölkəmizin ev sahibliyi ilə Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərin Konfransı (COP29) keçirilir. Əvvəlcədən elan edildiyi kimi, COP29 çərçivəsində müzakirə edilən əsas məsələlərdən biri iqlim dəyişikliyi ilə mübarizə mövzudur.
Azərbaycanın COP29-a ev sahibliyini 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqidir. Bu təşəbbüs sadəcə rəmzi məna daşımır, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişikliklər yaratmaq məqsədi daşıyan ölkələr üçün model olmaq istəyidir, eyni zamanda, gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində dəyərli öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır. Görülən işlərə və qarşıya qoyulan məqsədlərə nəzər saldıqda sadəcə vəd verməklə kifayətlənməyən, strateji ekoloji qərarlarla konkret nəticələr əldə edən bir ölkə görürük.
İqlim dəyişmələrinin yaratdığı təhlükədən ən çox kiçik ada dövlətləri əziyyət çəkir. Azərbaycan həmin dövlətlərə daim dəstək nümayiş etdirir. Ölkəmiz indiyədək fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərib. Biz onların həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. 10-dan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə Azərbaycan 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Bu, COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) sammitində də qeyd olunub. Prezident cənab İlham Əliyev Azərbaycan iqtisadiyyatının tam və yaddaqalan transformasiyasına nail olub: "Biz onun iqlim fəaliyyətində rolunun artmasının, daha güclü beynəlxalq tərəfdaşlığın qurulmasının, xüsusən də BMT, Qoşulmama Hərəkatı və Millətlər Birliyi kimi təşkilatlar vasitəsilə əməkdaşlığı gücləndirdiyinin şahidiyik. Həmin təşkilatlarda Azərbaycan dayanıqlı iqtisadi artım və müqavimət gücünü təşviq edib".
Bu ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Prezident İlham Əliyevin SIDS sammitindəki çıxışı deyilənlərin daha bir təsdiqidir. 
Hələ bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri Azərbaycanda səfərdə oldular. Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında isə İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunub. Dövlət başçısı sözügedən çıxışında bunları da qeyd edərək bildirdi ki, hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır: "Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə birgə bəyannamə imzaladı. Biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmik Agentliyi - "Azərkosmos"dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır".
Bir sözlə, Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. COP29-un tribunasından isə Prezidentimiz dünyaya belə bir çağırış da etdi: "Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər".
Qaldırılan mühüm məsələlərdən biri də neokolonializm və iqlim dəyişmələridir. Belə ki, Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox halda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur. Dövlət başçısı bunları deməklə yanaşı, sammitdəki çıxışında auditoriyanı Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sent-Pyer və Mikelon, Sent-Mert və Sent-Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent-Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqlarını alqışlamağa çağırdı: "Gəlin, həmin ərazidəki xalqları alqışlayaq, - bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə onların dekolonizasiya prosesi hələ də yubanır. 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik".
Eləcə də Fransanın dırnaqarası dəniz ərazilərində indiyədək törətdiyi cinayətlər, rejimin elə bu yaxınlarda da insan hüquqlarını pozması halları qeyd edildi. Belə ki, Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoyub, 169 nəfər yaralanıb, 1700 insan həbs edilib. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bununla belə Fransa istər Avropa Komissiyası, istər Avropa Parlamenti, istərsə də Avropa Şurasının Parlament Assambleyasının heç biri tərəfindən pislənilməyib. 
"Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat - Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır. Əgər Avropanın əsas diplomatı Cozep Borel Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəlliyiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın", - deyə prezident cənab İlham Əliyev bildirib və bəyan edib ki, ölkəmiz Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə də dostlarımızı dəstəkləməkdə davam edəcəyik.
Nizami Novruzov, texnika üzrə fəlsəfə doktoru / azxeber.com

Siyasi       Tarix: 16 noyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Qasım Süleymaninin öldürülməsi..." - Tramp

ABŞ Prezidenti Donald Tramp iranlı general Qasım Süleymaninin zərərsizləşdirilməsini "Yaxın Şərq tarixinin ən mühüm hadisələrindən biri" adlandırıb. KONKRET.azxəbər verir ki,Tramp Süleymaninin son 100 ildə ən ço

Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. xəbər verir ki, dövlətimizi

Niger Məsləhət Şurasının sədri Azərbaycana səfərə gəlib

Niger Respublikası Məsləhət Şurasının sədri Mamoudu Haruna Cinqarey Azərbaycana işgüzar səfərə gəlib. Bu barədə  -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Səfər çərçivəsində Məsləhət Şurasını

Azərbaycandan Ermənistana gübrə göndəriləcək

Rusiyadan Ermənistana bir neçə vaqon gübrə göndəriləcək. xəbər verir ki, iyunun 23-də Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 6 vaqon gübrə göndəriləcək

Brüsseldən Rusiya ilə bağlı Ankaraya ŞOK TƏLƏB

Avropa İttifaqı (Aİ) yeni müqavilələr çərçivəsində Türkiyədən Aİ ölkələrinə tədarük ediləcək qazın Rusiya mənşəli olmaması barədə tələbini irəli sürəcək. xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Katerin

"2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik" - Vaan Kostanyan

"Ermənistan 2030-cu ilə qədər Azərbaycan və Türkiyə ilə sərhədlərin, eləcə də nəqliyyat kommunikasiyalarının açılacağına ümid edir"​. KONKRET.azxəbər verir ki, bu barədə Brüsseldə jurnalistlər üçün brifinqdə Ermənista

Türkmənistan Prezidentinin şərəfinə ziyafət verildi - FOTOLAR

İyunun 22-də Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun şərəfinə dövlət ziyafəti verilib. xəbər verir ki, ziyafətd

Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov Azərbaycanın v

XİN: Dünyadakı milyonlarla qaçqın və məcburi köçkünlə həmrəyliyimizi ifadə edirik

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq (Ümumdünya) Qaçqınlar Günü ilə paylaşım edib. xəbər verir ki, bu barədə məlumat XİN-in "X" sosial şəbəkə hesabında paylaşılıb. "20 iyun - Ümumdünya Qaçqınla


yeni xeberler son xeberler azerbaycan xeberleri son xabarlar krminal bu gun sonxeber az xeberler bu gun