Azərbaycan-Pakistan münasibətləri qarşılıqlı etimada əsaslanan bir dostluq modelidir

Azərbaycan-Pakistan münasibətləri qarşılıqlı etimada əsaslanan bir dostluq modelidirAzərbaycanın xarici siyasət uğurlarının davamlılığı hazırda ayrı-ayrı dövlətlərlə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında özünün aydın ifadəsini tapır. Tarixi Zəfəri, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycan xarici siyasətinin dəyişməz prinsipləri fonunda yeni körpülər qurmaqla yanaşı, ənənəvi tərəfdaşları ilə əlaqələrini uğurla davam etdirir. Dövlət başçısı İlham Əliyevin  yeni dövrün hədəflərini açıqlayarkən səsləndirdiyi "Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq! Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb" çağırışı özündə əsas məqamları ehtiva edir. Azərbaycan qarşılıqlı etimada əsaslanan münasibətlərin tərəfdarıdır və bunu atdığı addımlarda nümayiş etdirir.
44 günlük İkinci Qarabağ müharibəsi əbəs yerə həqiqət anı kimi dəyərləndirilmədi. Bu müharibə sözün həqiqi mənasında kimin haqqın, ədalətin, kimin isə şərin, təcavüzkarın yanında olduğunu açıqladı. Müharibənin başlandığı ilk  andan Azərbaycana mənəvi və siyasi dəstək göstərən Türkiyə və Pakistan qədim tarixə söykənən əlaqələrimizin təməlində dostluq və qardaşlıq prinsiplərinin dayandığını bir daha nümayiş etdirdilər. Tarixi Zəfərimizdən sonra daha da möhkəmlənən Azərbaycan-Türkiyə-Pakistan birliyi, həmrəyliyi bunun bariz nümunəsidir. Hər üç ölkə dünyaya qardaşlığın nümunəsini göstərir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə azxeber.com-a açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, qarşılıqlı səfərlərin dinamikliyi münasibətlərimizin aydın mənzərəsini yaradır. Belə ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 23-də ölkəmizə dövlət səfərinə gəlib.  Hər bir səfər keçilən yolun təhlilini bir zərurətə çevirməklə yanaşı, münasibətlərdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək və geniş tərkibdə görüşlər keçirdi, həmçinin Azərbaycan və Pakistan liderləri səfərin mahiyyətini, iki ölkənin münasibətlərinin dünənini və gələcəyini özündə əks etdirən mətbuata birgə bəyanatla çıxış etdilər. Prezident İlham Əliyev geniş tərkibdə görüşdə bildirdi ki, səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək. Biz beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyik
 Azərbaycan-Pakistan münasibətlərinin dinamikası haqqında aydın təsəvvürə malik olmaq üçün son üç ildə iki ölkənin dövlət və hökumət başçılarının səfərlərinə diqqət yetirmək kifayətdir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif 2023-cü ildə  ölkəmizə rəsmi, Prezident İlham Əliyev ötən il Pakistana dövlət səfəri etdilər.  Dövlətimizin başçısının  reallaşdırdığı səfər çərçivəsində 15 sənədin imzalanması münasibətlərimizin bugünkü və  gələcək inkişafında əhəmiyyətli rol oynayır. Ötən il, eyni zamanda, dövlət başçısı İlham Əliyevin ölkəmizin ev sahibliyi etdiyi COP29 iqlim konfransı çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü oldu. Hər iki tərəf qarşılıqlı səfərlərin intensivləşməsinin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladı. Həmçinin Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının önəmi qeyd edildi. Məlumdur ki, tarixi Zəfərimizin reallıqları əsasında Azərbaycan və Türkiyə qardaşlığının, müttəfiqliyinin təsdiqi kimi Şuşa Bəyannaməsinin ardınca, Bakı Bəyannaməsi də imzalandı. Bu sənəd Bakıda bir araya gələn  Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrləri tərəfindən imzalandı. Hər bir sənəd münasibətlərin inkişafında öz sözünü deyir.  Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin budəfəki səfəri çərçivəsində də münasibətlərimizin gələcək inkişafında yol xəritəsi olacaq sənədlər imzalandı.
Vüqar Rəhimzadə bu məqamı xüsusi vurğulayıb ki, tərəfdaşlığımızın təməlini  sarsılmaz dostluğumuz, Pakistan və Azərbaycan xalqlarının bir-birinə münasibətdə qardaşlıq hissləri, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətimiz  təşkil edir. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməkdə davam edir. Onu da qeyd edək ki,  Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub ki, bu da iki ölkə arasında formalaşan sıx münasibətlərin başlanğıcı hesab edilir. Həmin dövrdən etibarən Bakı ilə İslamabad arasında strateji tərəfdaşlıq sürətlə inkişaf etməyə başlayıb, dövlətlərarası münasibətlər qarşılıqlı hörmət və etimad prinsipləri əsasında daha da möhkəmlənib. İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub.
Milli Məclisin deputatı bildirib ki, Prezident İlham Əliyevin iki ölkənin münasibətlərinin  inkişafı istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Reallıq budur ki, Azərbaycan-Pakistan münasibətləri, sadəcə, iki dövlət arasında strateji tərəfdaşlıqla məhdudlaşmır, bu, eyni zamanda, qardaşlıq və qarşılıqlı etimada əsaslanan bir dostluq modelidir. Gələcəkdə bu münasibətlərin daha da dərinləşməsi və müxtəlif sahələr üzrə inkişafı üçün geniş imkanlar yaranır.  İki ölkə arasında siyasi, iqtisadi, hərbi və müdafiə sahəsində əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən ilin dekabrında Azərbaycanın D-8 təşkilatına üzv qəbul olunması digər üzv dövlətlərlə yanaşı, Pakistanla da iqtisadi əlaqələrin inkişafında həmiyyətli rol oynayacaq. D-8 və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdırlar. Bu qurumlar çərçivəsində yeni iqtisadi təşəbbüslərin reallaşdırılması, birgə layihələrin həyata keçirilməsi, regional bazarlara çıxış imkanlarının genişləndirilməsi müzakirə edilir. Hər iki ölkə bu əməkdaşlıq sayəsində ticarət dövriyyəsini artırmaq və iqtisadi əlaqələri daha da möhkəmləndirmək niyyətindədir. Pakistan və Azərbaycan arasında sərmayələrin təşviqi üçün hökumətlərarası işçi qruplar fəaliyyət göstərir. Bu işçi qruplar qarşılıqlı investisiya imkanlarını dəyərləndirir və sahibkarlar üçün əlverişli şəraitin yaradılması istiqamətində addımlar atır. Bütün bu təşəbbüslər, layihələr və əməkdaşlıq istiqamətləri Azərbaycan-Pakistanın iqtisadi-ticari münasibətlərinin daha da güclənməsinə xidmət edir.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın tərəfdaş ölkələrlə əlaqələrin inkişafında xüsusi diqqət göstərdiyi istiqamətlərdən biri də müdafiə sahəsidir. Bu baxımdan Azərbaycan-Pakistan əlaqələri nümunə göstərilə bilər. İndiyədək iki ölkə  arasında müxtəlif səviyyələrdə müdafiə sahəsində sənədlər imzalanıb, birgə hərbi təlimlər təşkil edilib və müdafiə sənayesi istiqamətində əməkdaşlıq genişləndirilib. Pakistanın güclü hərbi sənaye potensialı, xüsusilə aviasiya və müdafiə texnologiyaları sahəsindəki təcrübəsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Hərbi-texniki sahədə qarşılıqlı dəstək, təcrübə mübadiləsi və kadr hazırlığı bu əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycan Ordusunun zabitləri Pakistanın nüfuzlu hərbi akademiyalarında təhsil almaq və peşəkar biliklərini artırmaq imkanı əldə edirlər. Üç qardaşın-Azərbaycan, Türkiyə və Pakistanın birgə həyata keçirdikləri  hərbi təlimlər regionda sülhə, təhlükəsizliyə hədəflənir.
Millət vəkili vurğulayıb ki, iki ölkənin strateji xarakter daşıyan münasibətləri bütün sahələrdə, o cümlədən mədəniyyət və humanitar sahələrdə uğurla inkişaf edir. Hər iki xalq İslam dəyərləri, ortaq tarix və ənənələr vasitəsilə bir-birinə sıx bağlıdır. Bu yaxınlıq təkcə dövlətlərarası əlaqələrdə deyil, eyni zamanda, xalqların bir-birinə qarşı bəslədiyi dostluq və qardaşlıq münasibətlərində özünü göstərir. Son illərdə təhsil, mədəniyyət və humanitar sahələrdə əlaqələrin genişlənməsi diqqət çəkir. Təhsil sahəsində qarşılıqlı proqramların inkişafı, universitetlər arasında imzalanan memorandumlar və akademik mübadilə layihələri bu əməkdaşlığı daha da dərinləşdirir.
Pakistanın Baş nazirinin ölkəmizə səfəri çərçivəsində imzalanan sənədlər arasında mədəni və humanitar sahələrə xüsusi önəm verilib. İki ölkənin münasibətlərinin gələcəyinə gəldikdə isə deyə bilərik ki,  iqtisadi layihələrin genişləndirilməsi, müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi əsas strateji hədəflərdir. Enerji, kənd təsərrüfatı və sənaye sahələrində birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcək. Hərbi sahədə müdafiə sənayesi, birgə təlimlər və strateji layihələr vasitəsilə əməkdaşlıq gücləndiriləcək. Təhsil sahəsində də əlaqələr genişlənəcək, tələbə mübadiləsi və humanitar layihələrin sayı artacaq. Bu addımlar regionda və dünyada sabitliyə töhfə verəcək.

Siyasi       Tarix: 24 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Brüsseldən Rusiya ilə bağlı Ankaraya ŞOK TƏLƏB

Avropa İttifaqı (Aİ) yeni müqavilələr çərçivəsində Türkiyədən Aİ ölkələrinə tədarük ediləcək qazın Rusiya mənşəli olmaması barədə tələbini irəli sürəcək. xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Katerin

Azərbaycanda orta aylıq maaş artdı - Amma

Azərbaycanda orta aylıq əməkhaqqı 1172 manata çatıb. Rəsmi statistikaya görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artıb. Amma bəzi ekspertlər bunu Cənubi Qafqaz ölkələri ilə müqayisədə aşağı hədd sayır

Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam

Azərbaycanın Portuqaliyada (Lissabon şəhərində) Səfirliyi təsis ediləcək. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycanın Portuqaliyada (Lissabon şəhərində

Netanyahudan ABŞ-la bağlı ŞOK PLAN

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ ilə İran arasında əldə edilməsi planlaşdırılan yekun razılaşmaya mane olmaq üçün genişmiqyaslı diplomatik və media kampaniyasına başlayıb. CNN telekanalına açıqlama verən israill

Azərbaycan və Ekvador arasında xüsusi pasport sahibləri üçün VİZALAR LƏĞV EDİLDİ

Azərbaycan və Ekvador qarşılıqlı diplomatik və xidməti pasport sahiblərini viza tələbindən azad edir. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Makron: "Aİ Ukrayna nizamlanmasında vasitəçi ola bilməz"

Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqı Şurasının rəhbəri Antonio Koştanı Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Rusiya ilə əlaqələr qurmağa çalışdığına görə tənqid edib. O bildirib ki, təhlükəsizlik təminatlar

Danışıqlar dayandırıldı - İran nümayəndələri məkanı tərk etdi

İran nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın təhdid xarakterli açıqlamalarından sonra İsveçrənin Bürqenştok şəhərində keçirilən danışıqları tərk edib. KONKRET.azxəbər verir ki, bu barədə "Tasnim" agentliy

Azərbaycandan Ermənistana min ton dizel göndəriləcək

İyunun 21-də Azərbaycandan Ermənistana ümumi miqdarı min ton olan 17 vaqon dizel yanacağının göndərilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Xatırlada

Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN

Azərbaycanda məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli tətbiq edilir. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sənəd məktəbəqədər təhsil sahəsind


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər.az sou xeberler son.xabar axsam.az xeberler