Azərbaycan parlamenti Çexiyaya etiraz məktubu göndərdi

Azərbaycan parlamenti Çexiyaya etiraz məktubu göndərdiMayın 24-də Milli Məclisin Çexiya ilə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev qrupun üzvləri adından Çex Respublikası parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvlərinə etiraz məktubu ünvanlayıb.
KONKRET.az xəbər verir ki, məktubda Çexiya parlamentinin Deputatlar Palatasının sədr müavini Yan Bartosekin Ermənistanın səfiri Aşot Hovakimyanla görüşdə səsləndirdiyi fikirlər Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin dərin təəssüfünə səbəb olduğu bildirilib.
Qeyd olunub ki, Yan Bartosekin səsləndirdiyi birtərəfli şərhlər həqiqəti əks etdirməməklə yanaşı, həm də Azərbaycan və Çexiya parlamentləri arasında son illər ərzində yaranmış və özünü doğrultmuş dostluq və əməkdaşlıq ruhuna ziddir. Həmçinin belə görünür ki, cənab Bartosek keçmiş münaqişənin tarixinin əsil səbəbləri, habelə ötən 3 il ərzində regionda yaranmış yeni reallıqlardan və Ermənistan və Azərbaycan arasında sülh gündəliyi barədə məlumatsızdır. Dost ölkə parlamentinin Deputatlar Palatasının sədr müavini cənab Bartosek tərəfindən söylənən fikirlər ölkələrimiz arasında mövcud olan sağlam əməkdaşlığa və dostluq münasibətlərinə xələl gətirir.
Məktubun mətnində deyilir:
"Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu cənab Bartosekin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasının 20% ərazisi 30 il ərzində Ermənistanın işğalı altında qalıb. Bu dövr ərzində Ermənistan azərbaycanlılara məxsus yaşayış məntəqələrini talan edib və dağıdıb, tarixi və memarlıq abidələrini məhv edib və saxtalaşdırıb, həmçinin Azərbaycana məxsus dini abidələri təhqir edib. Bütün dünya, o cümlədən Ermənistanın özü və cənab Bartosekin ölkəsi olan Çex Respublikası da bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Belə olan halda, sədr müavininin məsələ ilə bağlı öz dövlətinin rəsmi mövqeyinə açıq şəkildə məhəl qoymaması və ya faktları bilərəkdən təhrif etməsi bizdə dərin təəccüb və təəssüf doğurur".
Bildirilib ki, Azərbaycan-Çexiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri cənab Bartosekin bəyanatını pisləyir və onun buraxdığı siyasi səhvi düzəldəcəyinə ümid edir.
Sonda İşçi qrupunun mövqeyi barədə Çexiya parlamentinin Deputatlar Palatasının rəhbərliyinə məlumat verilməsi xahiş olunur.

Siyasi       Tarix: 25 may 2024
f Paylaş

Oxşar xəbərlər

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind


azerbaycan xeberleri son xeberler yeni xeberler axsam.az xeberler valyuta xeberler bugun xeber.az son xeberler