Azərbaycan və Belarus arasında şəhərsalma sahəsində əməkdaşlıq genişlənir

Azərbaycan və Belarus arasında şəhərsalma sahəsində əməkdaşlıq genişlənirMayın 15-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu ilə "Qırmızı Əmək Bayrağı Ordeni "Belqosproyekt İnstitutu" Açıq Səhmdar Cəmiyyəti arasında "Əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında" Memorandum imzalanıb.
KONKRET.azKomitəyə istinadən xəbər verir ki, sənədi "Azərmemarlayihə" DBLİ-nin direktoru C.Məmmədrzayev və "Belqosproyekt İnstitutu" ASC-nin baş memarı V.Skrobot imzalayıblar.
Memorandumla tərəflər arasında obyektlərin layihələndirilməsinə yönəlmiş tərəfdaşlığın qurulması və uzunmüddətli faydalı əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur. Sənədə əsasən, tərəflər müxtəlif təyinatlı obyektlər üçün konsepsiya və eskiz layihələrinin işlənməsi, hər iki ölkə ərazisindəki obyektlərin layihələndirilməsi, memarlıq və şəhərsalma sahəsində biznes və sosial layihələrin təşviqi, BİM texnologiyalarının tətbiqində təcrübə mübadiləsi, həmçinin mütəxəssislərin hazırlanması məqsədilə təlimlərin keçirilməsi və s. istiqamətlərdə razılığa gəliblər.
Qeyd edək ki, bu, Azərbaycanla Belarus arasında şəhərsalma sahəsində imzalanan ikinci memorandumdur. Sənədin imzalanmasında məqsəd hər iki ölkədə şəhərsalma və memarlıq sahəsinin inkişafına töhfə verməklə qarşılıqlı əməkdaşlığı daha da genişləndirməkdir.
Azərbaycan və Belarus arasında şəhərsalma sahəsində əməkdaşlıq genişlənirKONKRET.az

Siyasi       Tarix: 16 may 2024
f Paylaş

Oxşar xəbərlər

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı


azerbaycan xeberleri son xeberler yeni xeberler oxu.az xeberler bu gune olan xeberler xeber.az bu gun cəbhədən son məlumatlar