Azərbaycan və Maldiv arasında iki memorandum imzalandı
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda maldivli həmkarı Abdulla Xalil ilə görüşüb.
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, görüşdə iqtisadiyyat, ticarət, turizm və s. sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Nazirlər, həmçinin "Azərbaycan Respublikası Hökuməti və Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və xidməti pasportlara malik şəxslərin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"i və "Respublikanın Dövlət Turizm Agentliyi arasında Anlaşma Memorandumu"nu imzalayıblar.
C.Bayramov özünün "X" səhifəsində sözügedən sənədlərin əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə ümid etdiyini bildirib: "İnanırıq ki, bu gün vizadan azadolma, o cümlədən turizm sahələrində imzaladığımız sənədlər ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına xidmət edəcək".

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi
Sərhəddə 40 ton dizel yanacağı müsadirə edildi
Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü
Müəmmalı ölüm: güllə yarası almış kişinin meyiti tapıldı
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri