Azərbaycanda ipotekanın orta aylıq məbləği tarixi rekord vurub
2020-ci ilin yanvar ayında Azərbaycan bankları tərəfindən 6,1 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən iki dəfə azdır.
Milli.Az bildiriri ki, bu barədə Trend Azərbaycan Mərkəzi Bankının yanvar hesabatına istinadən məlumat verir.
Hesabata görə, 2020-ci ilin yanvar ayında banklar tərəfindən verilmiş kreditlərin yenidən maliyyələşdirilməsinin həcmi 3,5 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin yanvarı ilə müqayisədə 6,5 dəfə azdır.
İpoteka Fondunun müvəkkil bankları tərəfindən verilən kreditlərin orta aylıq məbləği 50 825 manat (2018-ci ilin yanvar ayında bu göstərici 49 291 manat olub) təşkil edib ki, bu da Fondun ölkədəki bütün fəaliyyəti dövründə ən yüksək göstəricidir. Kreditin ödənilməsinin orta müddəti 281 ay təşkil edib və 2019-cu ilin yanvar ayı üçün bu göstərici dəyişməyib. Orta illik faiz dərəcəsi - 6,43 faiz (6,55 faiz - bir il əvvəl), orta aylıq ödəniş - 355,8 manat (348,1 manat).
Milli.Az /news.milli.az

Dünyada bu meyvə bahalaşacaq
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var
Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Naxçıvanda yeniyetmə bıçaqlandı