Azərbaycanda meymunçiçəyi kütləvi yayıla bilər? – İnfeksionistdən açıqlama

Azərbaycanda meymunçiçəyi kütləvi yayıla bilər? – İnfeksionistdən açıqlama"Hazırda Azərbaycanda meymunçiçəyi virusuna yoluxan insan yoxdur". 
KONKRET.az xəbər verir ki,bu sözləri infeksionist Sadiqə Əliyeva cebheinfo.az-a açıqlamasında deyib. O bildirib ki, qarşıdakı zamanlarda ölkəmizdə də meymunçiçəyinə yoluxma ola bilər:
Azərbaycanda meymunçiçəyi kütləvi yayıla bilər? – İnfeksionistdən açıqlama"Bu qaçılmazdır. Çünki ətrafımızdakı ölkələrdə artıq sözügedən virusa yoluxma halları qeydə alınıb. Həmçinin, xarici tələbələrin və turistlərin Azərbaycana gəlməsi ilə birlikdə meymunçiçəyi virusunun ölkəmizdə də yayılması mümkündür".
Həkim meymunçiçəyinin əlamətlərindən də bəhs edib:
"Bu virusun ilkin əlamətləri qızdırma və limfa düyünlərinin şişkinliyidir. Həmçinin, əzginlik, yorğunluq və bədəndə səpkilər kimi simptomlarla da özünü biruzə verir.
Adətən 3 gün qızdırma olandan sonra bədənsə səpkilər əmələ gəlir. Bu səpkilər suçiçəyindən fərqlənir. Belə ki, suçiçəyində səpkilərin içi sulu, meymunçiçəyində içi irinli olur. Üstəlik, sözügedən səpkilər bədənin bütün nahiyələrinə yayılır".
Mütəxəssis vurğulayıb ki, meymunçiçəyində ölüm riski çox aşağıdır:
"Meymunçiçəyi xəstəliyi təxminən 2-3 həftə davam edir.
Müəyyən dövrü keçəndən sonra xəstəlik sağalır. Yəni o qədər qorxulu və ya ölümcül xəstəlik deyil. Ümumiyyətlə, meymunçiçəyində ölüm riski çox aşağıdır. Ona görə də bu virusa yoluxan şəxslər tez həkimə müraciət etməlidirlər".
Sadiqə Əliyeva onu da qeyd edib ki, meymunçiçəyi koronavirus kimi sürətlə yayılan bir xəstəlik deyil:
"Ona görə də bunun epidemiyaya və ya pandemiyaya səbəb olacağı gözlənilmir. Meymunçiçəyi yalnız sıx kontakt yolu ilə yoluxur. Yəni xəstə insan sağlam şəxslə sıx kontaktda olduğu zaman meymunçiçəyini qarşı tərəfə keçirə bilir. Bütün bunlara görə onun kütləvi şəkildə yayılacağını və epidemiyaya səbəb olacağını düşünmürəm.
Düzdür, xarici turistlərlə bu xəstəlik ölkəmizə gələ bilər. Lakin meymunçiçəyinin koronavirus kimi sürətlə yayılacağı və ciddi problemlərə gətirib çıxaracağı inandırıcı deyil".

Sağlamlıq       Tarix: 04 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır


son xeberler azerbaycan xeberleri yeni xeberler şou biznes xəbərləri cəbhədən yeni xəbərlər iqtisadiyyat xeberleri bugun xeber.az