Azərbaycanda "Qarabağ" adlı vaksin hazırlanacaq
Azərbaycanda "Qarabağ" vaksini hazırlanacaq.
Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Molekulyar biomühəndislik beynəlxalq laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədovun "Bitkidə sintez edilən COVID-19 peyvəndlərinin və terapevtik zülalların istehsalı və preklinik qiymətləndirilməsi" mövzusuna həsr olunmuş onlayn seminarı keçirilib.
KONKRET.az xəbər verir ki, seminarda AMEA-nın Biologiya və Tibb Elmlər Bölməsinə daxil olan elmi tədqiqat institutlarının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, eləcə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) elmi müəssisələrinin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova bugünkü seminarın koronavirusla mübarizə kimi bütün dünya üçün əhəmiyyətli bir problemin həllində mühüm rola malik olan və böyük aktuallıq kəsb edən vaksinlərin hazırlanması məsələlərinə həsr olunduğunu bildirib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto