"Berlin avaraları"na demokratiya dərsi - Diktatorun olduğu ölkədə bunu edə bilməzdiniz

2022-ci il 18 iyul. Türkiyə Palata və Ticarət Birjaları Birliyinin (TOBB) toplantısı keçirilir. Toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edir. CHP-nin o zamankı lideri Kamal Kılıcdaroğlu da zaldadır.
Türkiyə Prezidenti üzünü ona tərəf tutaraq CHP liderinin onun ünvanına səsləndirdiyi "Ərdoğan diktatordur" sözünə əla cavab verir.
"Bu ölkənin Prezidentini "diktator" adlandıran müxalifət var. "Diktator" ifadəsini işlədən insanlar var. O indi mənim qarşımdadır. Rəcəb Tayyib Ərdoğan diktator olacaq və siz meydanlarda dolaşacaqsınız, eləmi?! Diktatorun olduğu ölkədə bunu edə bilməzsən".
26 aprel 2024-cü il. Berlində Azərbaycan Prezidenti İlham Əliyevi Almaniyanın kansleri Olaf Şolts qarşılayır. İqamətgahın hasarı tərəfindən əllərində şüar tutmuş iki-üç nəfər xaricdə yaşayan mühacirin dövlət başçımızın ünvanına "diktator" qara-qışqırığı duyulur.
Ərdoğanın təbirincə desək, Azərbaycan rəhbəri diktator olacaq, AXCP, Müsavat və digər siyasi partiyalar da ölkədə fəaliyyət göstərəcək, İlham Əliyevin yürütdüyü siyasəti tənqid edəcək, eləmi?! Diktatorun olduğu ölkədə bunu edə bilməzlər.
Doğrudan da, "milçək bir şey deyil, sadəcə ürək bulandırır".
İlham Əliyev erməni lobbisinə və havadarlarına qalib gələrək Qarabağı azad edib, Rusiya sülhməramlılarını Qarabağdan çıxarıb, siz hələ də Berlin, Paris, Brüssel küçələrində bağıra-bağıra qalmısınız.
Prezident seçkilərində İlham Əliyevin qarşısına çıxmağa namizədiniz tapılmır, siz yenə də Berlin, Paris, Brüssel küçələrində bağıra-bağıra qalmısınız.
"Qubad İbadoğlu həbsdə Navalnı kimi öləcək" – deyə yalan uydurursunuz, alim həbsdən sağ-salamat ev dustaqlığına buraxılır.
Diktator elə həmin küçələrdə sizin səsinizi kəsdirərdi…
Xatirə SADİQ,
KONKRET.az

Siyasi       Tarix: 27 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli


azerbaycan xeberleri son xeberler yeni xeberler bugunun xeberleri cəbhədən son xeber en son xeberler bu gun