Beyin funksiyasını yaxşılaşdıran dərman tapıldı
Xərçəng dərmanı erkən Altsheymer xəstəliyində beyin funksiyasını yaxşılaşdıra bilər.
KONKRET.az xəbər verir ki, bu barədə "Science" jurnalında dərc olunan araşdırma göstərib.
Alimlər aşkar ediblər ki, IDO1 inhibitor sinfindən olan dərmanlar erkən Altsheymer xəstəliyi olan siçanlarda beyin funksiyasını yaxşılaşdıra bilib.
Bu dərmanlar IDO1 fermentini bloklayır və hazırda dəri, qan və döş xərçəngini müalicə etmək üçün sınaqdan keçirilir. Bədəndəki IDO1 amin turşusu triptofanın parçalanmasında mühüm rol oynayır. Eyni zamanda kinurenin birləşməsinə çevrilir.
Həddindən artıq kinurenin isə astrositlərin – neyronların işləməsinə kömək edən beyin hüceyrələrinin enerji təchizatını pozur. IDO1-in bloklanması kinurenin səviyyəsini normala qaytara bilər. Eyni zamanda, astrositlərin və sinir hüceyrələrinin işi də bərpa olunur.
Alimlər hesab edirlər ki, IDO1 inhibitorları beyin hüceyrələrində enerji istehsalını yaxşılaşdırmaqla Altsheymer xəstəliyinin inkişafını ləngidə bilər.
Qeyd olunub ki, beyin qlükozadan çox asılıdır və bu, bir çox proseslərin baş verməsini təmin edir.
Buna görə də, maddələr mübadiləsi və enerji istehsalı üçün şəkərdən səmərəli istifadə etmək qabiliyyətinin itirilməsi metabolik problemlərə xüsusilə, idrak qabiliyyətlərinin pisləşməsinə səbəb ola bilər.

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var